Türkiyədə 6 nəfəri güllələyən şəxs özünü öldürdü

Türkiyədə 6 nəfəri güllələyən şəxs özünü öldürdü  

KRİMİNAL

19.05.2026, 19:42

Dünən Türkiyənin Mersin şəhərində əvvəlcə 32 yaşlı keçmiş həyat yoldaşını, ardınca 5 nəfəri güllələyərək öldürən, daha sonra 8 nəfəri yaralayan Metin Öztürk qaçıb gizləndiyi yerdə bu gün özünü öldürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 37 yaşlı Metin Öztürk Karakütük məhəlləsinin Çokak ərazisindəki bir evdə gizlənərkən jandarma qüvvələri evi mühasirəyə alıblar.

Məlumata görə, həbs olunacağını anlayan Metin silahla özünü də vuraraq intihar edib.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR