Gürcüstanda ağır qəza: 7 azərbaycanlı hadisə yerində ölüb - FOTO

Gürcüstanda ağır qəza: 7 azərbaycanlı hadisə yerində ölüb - FOTO

KRİMİNAL

Bugün, 13:08

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 “Aktual.ge” xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada ölənlər azərbaycanlılardır.


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR