Türkiyədə iki polis güllələndi - FOTO

Türkiyədə iki polis güllələndi - FOTO

KRİMİNAL

Bugün, 00:09

Türkiyənin Tekirdağ şəhərinin Çorlu rayonunda silahlı atışmaya müdaxilə edən polislər güllələnib.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, hadisə Reşadiye məhəlləsindəki Kumyol küçəsindəki bir iş mərkəzində baş verib.

Məlumata görə, iş mərkəzinin ikinci mərtəbəsindən silahlı atışma çıxıb və hadisə yerinə gələn polislərə də atəş açılıb:

“Şübhəli hadisə yerindəki mülki geyimli iki polis zabiti açlılan atəşlə ağır yaralanıb. Onlar xəstəxanaya çatdırılsa da, həkimlər həyatlarını xilas edə bilməyib. Şübhəli şəxs isə təslim olmaq tələbinə əməl etmədiyindən hadisə yerində öldürülüb”.

Daxili İşlər naziri Mustafa Çiftçi bildirib ki, şəhid olan polislər Tekirdağın Çorlu Rayon Polis İdarəsinin əməkdaşları Erkan Tütüncüler və Emrah Koçdur…

Firudin Səfərli…

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR