ERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"

ERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır\"  

SİYASƏT

Bugün, 16:22

"Əgər Avropanın dünyanın ən güclü və elmə əsaslanan qitəsi olmasını elan etdiyimiz vaxta dönsək, açıq deyə bilərəm ki, biz bu gün hədəfimizdən çox uzağıq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Avropa Ləyaqət Ordeni” ilə təltif olunması barədə Strasburqda Avropa Parlamentində təşkil olunan mərasimdə çıxışında deyib.

O, Avropa İttifaqının (Aİ) yarandığı gündən bəri vətəndaşlarına üç vəd verdiyini xatırladıb: “Bunlardan birincisi sülh olub. Lakin sülh  təmin edilməyib. Sülh çox kövrəkdir. Bundan əlavə, ABŞ-ın yeni təhlükəsizlik doktrinası göstərir ki, artıq keçmişdə sahib olduğumuz sabitlik və təhlükəsizliyə sahib ola bilmərik.

İkinci vədimiz rifah idi ki, bu da hazırda ciddi risk altındadır.

Üçüncü vədimiz isə demokratiya, insan ləyaqəti və insan hüquqları iə bağlıdır. Təəssüf ki, demokratiya olmadan azadlıq yoxdur, bunu hər kəs bilir. Lakin fakt budur ki, bu gün demokratiya da böyük risklə üz-üzədir”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR