Prezidentin köməkçisi: "Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır"

Prezidentin köməkçisi: \"Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır\"

SİYASƏT

Bugün, 13:56

"Azərbaycan Ümumdünya Şəhərsalma Forumu (WUF) üçün ən uyğun məkanlardan biridir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, forumda müxtəlif ölkələrin rəsmiləri təcrübələrini bölüşür:

"Azərbaycan beynəlxalq təcrübədən öyrənməyə və eyni zamanda öz təcrübə və çağırışlarını dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır. Bu baxımdan, ölkəmiz postmünaqişə bərpa proseslərində nümunəvi modellərdən biri ola biləcəyini də düşünür".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR