Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?

Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?

CƏMİYYƏT

Bugün, 13:05

"198.1.1-ci maddəsinə əsasən əmlak vergisi ödəyirəm bələdiyyəyə. Bütün yeni tikilidə mənzil sahibləri əmlak vergisi ödəyir. Bu gün maraqlandım ki, bəs bu pulu niyə ödəyirik? Bələdiyyənin öhdəliyi nədir?

Cavab: Bu pul yerli bələdiyyənin büdcəsinə gedir. Ərazi üzrə abadlıq, işıqlandırma, yerli xidmətlər və digər bələdiyyə xərcləri üçün nəzərdə tutulur. Hələ indiyə kimi bələdiyyənin üzünü görməmişik. Hansı abadlıq işləri apardığından da xəbərsizik"

Mia.az xəbər verir ki, bunu müğənni Nura Suri Feysbuk-dakı hesabında yazıb.

O, daha sonra paylaşıımına fotolar əlavə edib, məsələyə aydınlıq gətirilməsini istəyib.

Maraqlı burasıdır ki, onun bu paylaşımına   Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev  çox sərt yanaşıb. O, "Nura Suridən xahiş edirəm, gəlsin Nərimanov bələdiyyəsinə. Ona göstərim ki, bütün bələdiyyələr nə islərlə məşguldur. Göstərim" deyə, cavab yazıb.

Daha sonra isə müğənnini məhkəməyə verəcəyini dilə gətirib: "MƏN HAZIRLASIRAM SABAHDAN NURA SURİNİ MƏHKƏMİYƏ VERƏCƏM VƏ ONA GÖSTƏRƏCƏM Kİ, YIGILAN PULLAR HARA GEDİR".

Nura Suri isə Nərimanovda yaşamadığını qeyd edib və məhəkəmə hədəsinə belə cavab verib: "Məni hansı hüquqi əsasla məhkəməyə verəcəyinizi maraqla gözləyirəm. Statusumda nə kimisə təhqir etmişəm, nə də kiminsə ünvanına böhtan xarakterli ittiham səsləndirmişəm. Vergi ödəyicisi olaraq sadəcə qanuni sual vermişəm: yığılan əmlak vergiləri hansı işlərə xərclənir və bələdiyyənin fəaliyyəti nədən ibarətdir?

Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi vətəndaşa fikir bildirmək və məlumat almaq hüququ verir. Yerli büdcəyə yığılan vəsait ictimai vəsaitdir və onun necə xərcləndiyini soruşmaq tam qanunidir. Əgər həqiqətən görülən işlər və hesabatlar varsa, bunu məhkəmə hədəsi ilə yox, şəffaf şəkildə ictimaiyyətə təqdim etmək daha doğru olardı.
Bir cümlədə bu qədər qrammatik, sintaktik və üslub səhvi olan insanın məni “məhkəmə” ilə hədələməsi doğrudan da maraqlıdır. Yazıda nə durğu işarəsi var, nə düzgün cümlə quruluşu, nə də rəsmi ünsiyyət tərzi. Şərhiniz tamamilə emosional və savadsız formada yazılıb.
Xüsusilə özünü bələdiyyə əməkdaşı kimi təqdim edən şəxsdən ən azından dövlət qurumuna uyğun yazı mədəniyyəti və rəsmi üslub gözlənilir".
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR