"Lotu Quli"nin qardaşına sanksiya tətbiq edilib - Şok səbəblər
KRİMİNAL
15.05.2026, 10:42
Böyük Britaniya hakimiyyəti mərhum azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifova qarşı sanksiyalar tətbiq edib. Rəsmi London onu İran hökumətinin maraqları naminə hücumlar planlaşdırmaqda ittiham edir.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, Namiq Səlifov mayın 11-də Böyük Britaniyanın xarici işlər naziri Yvette Kuper tərəfindən elan edilən sanksiya paketinə daxil edilən şəxslərdən biri olub.
Cümə axşamı “Foreign, Commonwealth and Development Office” sanksiya siyahısını yeniləyərək Səlifovun doğum tarixi də daxil olmaqla əlavə şəxsi məlumatlarını açıqlayıb. Jurnalistlər açıq mənbələr vasitəsilə onun şəxsiyyətini təsdiqləyiblər.
Ayrı bir bildirişdə “Foreign, Commonwealth and Development Office” Səlifovu İran hökumətinin maraqları naminə “düşmən fəaliyyətində” iştirak etməkdə, o cümlədən “Böyük Britaniyada yaxud digər ölkələrdə şəxslərə, eləcə də obyektlərə qarşı hücumları planlaşdırmaq və həyata keçirməkdə” ittiham edib.
Böyük Britaniya hakimiyyəti irəli sürülən ittihamlarla bağlı konkret sübut təqdim etməyib.
Digər tərəfdən, ABŞ hökuməti əvvəllər Səlifovu “qanuni oğru” və rus mafiyasının yüksək səviyyəli nümayəndələrindən biri hesab edib. Bir sıra məhkəmə sənədlərində prokurorlar onun İran rejimini tənqid edən şəxsin Nyu-York küçələrində öldürülməsi planında iştirak etdiklərinə görə məhkum olunan iki şəxslə həm əlaqədə, həm də rəqabətdə olduğunu iddia ediblər.
Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ məhkəməsi Polad Ömərov və Rafət Əmirovu iranəsilli amerikalı jurnalist və fəal Masih Əlinejada qarşı uğursuz sui-qəsd planına görə 25 il həbs cəzasına məhkum edib.
Hər iki şəxs mərhum Nadir Səlifovun yaratdığı mafiyanın Azərbaycan qrupunun yüksək səviyyəli üzvləri hesab olunurdu. İttihama görə, bu qruplaşma “ABŞ-də və xaricdə qətllər, hücumlar, hədə-qorxu, adam oğurluğu, soyğunçuluq və yandırma cinayətlərinə” görə məsuliyyət daşıyıb.
Amerikalı prokurorların məlumatına əsasən, sui-qəsd planı İran İnqilab Keşikçiləri Korpusunun rəhbər şəxsləri tərəfindən hazırlanıb və Əlinejadın öldürülməsi üçün 500 min dollar təklif olunub.
Namiq Səlifova bu sui-qəsd planı ilə bağlı rəsmi ittiham irəli sürülməsə də, ABŞ prokurorları Ömərovun saxlanıldığı vaxt onunla Səlifov arasında ciddi “hakimiyyət savaşı” getdiyini iddia ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM
-
Sosial şəbəkələrdə qadağa: nələr olacaq? - Deputatlar yeni qanuna "hə" dedi
12.06.2026, 14:38 PRESS
-
Xırdalandakı DOST Mərkəzində yanğın olub? - Açıqlama
12.06.2026, 14:14 CƏMİYYƏT
-
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək
12.06.2026, 14:05 CƏMİYYƏT
-
Milli Məclis daha bir qanun qəbul etdi
12.06.2026, 13:57 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
12.06.2026, 13:52 KRİMİNAL
-
Deputat Milli Məclisdə: "İnsanların kənddən şəhərə axını davam edir, buna görə..."
12.06.2026, 13:47 CƏMİYYƏT