PA rəsmisindən Gürcüstana qatar yolunun bərpası barədə - AÇIQLAMA

PA rəsmisindən Gürcüstana qatar yolunun bərpası barədə - AÇIQLAMA

GÜNDƏM

Bugün, 17:59

Bakı-Tiflis-Bakı sərnişin qatarı bərpası məsələsi dünən Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Baş naziri arasında müzakirə olunub.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərin sualına cavabda deyib.

Onun sözlərinə görə, hər iki ölkənin liderlərinin verdikləri tapşırıqlara uyğun olaraq aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər.

Hikmət Hacıyev quru sərhədlər bağlı olduğu halda sərnişindaşımanın necə həyata keçiriləcəyi barədə suallara da münasibət bildirib: “Hələki işlər aparılır. Hesab edirik ki, sərnişin daşınması ilə əlaqədar dəmiryol nəqliyyatının Gürcüstan və Azərbaycan arasında bərpasının təmin olunması barədə məsələnin həlli yolları var”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR