Necə olmalıdır? - Vahid Tağıyev yazır

Necə olmalıdır? - Vahid Tağıyev yazır

YAZARLAR

Bugün, 08:20

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi

***

Sosial şəbəkələrdə və gündəlik həyatda tez-tez müşahidə edirik ki, hansısa gəncin xoşagəlməz hərəkətinə və ya fikrinə görə bütöv bir gənc nəsil tənqid olunur. Eyni yanaşma ilə bir yaşlı insanın davranışına görə də bütün yaşlı nəslə qarşı mənfi münasibət formalaşdırılır.

Müzakirələr bəzən daha da genişlənərək “vəzifədə gənclər olmalıdır, yoxsa yaşlılar?”, “hansı nəsil daha faydalıdır?” kimi müqayisələrə çevrilir.

Gənclərə “hələ uşaqdır”, yaşlılara isə “artıq işdən ayrılmaq vaxtıdır” kimi ümumiləşdirilmiş yanaşmalar bütün hallarda qüsurludur. Unutmayaq ki, insan həyatı boyunca bu mərhələlərin hər ikisindən keçir.

Nəsillər arasında təcrübənin, enerjinin və dünyagörüşünün bir-birini tamamlaması həyatın və cəmiyyətin inkişafı üçün vacib şərtdir.

Yaşından asılı olmayaraq bacarığı, məsuliyyəti, enerjisi, təcrübəsi və fəaliyyətinə yaradıcı yanaşması ilə seçilən hər bir insan cəmiyyət üçün dəyərlidir.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR