Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxışlar ( VİDEO, FOTOLAR)
SİYASƏT
12.05.2026, 18:27
Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Rumıniya Senatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu" mövzusunda konfrans keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, konfransda Rumıniya parlamentinin Deputatlar Palatasının və Senatının üzvləri, Parlamentdə təqdim olunan partiyaların fraksiya rəhbərləri, Rumıniya Hökuməti nümayəndələri, Rumıniyadan seçilmiş Avropa Parlamentinin deputatı, Rumıniyada akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və nümayəndələri, "SOCAR Petroleum SA" şirkətinin, "Yunus Emre" İnstitutunun Buxarest ofisinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi və əməkdaşları,ictimai-siyasi xadimlər, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, İran azərbaycanlılarının icmasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Konfransda əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib, daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sözü ilə açan Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Rumıniya Senatının prezidenti Mirça Abrudean çıxışında mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət verib.
Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Rumıniya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsində əsas simalardan biri olduğunu qeyd edib.
Avropa İttifaqı Parlamentinin Rumıniyadan seçilmiş üzvü, Rumıniya Milli Mühafizəkar Partiyasının (PNCR) sədri Kristian Terheş çıxışında regionda, o cümlədən Ukrayna və İranda baş verən gərginliklər fonunda əhəmiyyətini daha da artırmış Orta dəhlizin əhəmiyyətinə toxunub, bu layihənin vaxtilə Ulu Öndərin irəli sürdüyü uzaqgörən strategiyaya əsaslandığını vurğulayıb.
Rumıniyalı senator Kristian-Auqustin Nikulesku-Tsıqırlaş çıxışında keçən ilin avqust ayında Azərbaycana, xüsusən ölkəmizin Qarabağ bölgəsinə səfərini xatırlayıb. O, səfər zamanı Qarabağda şahidi olduğu miqyaslı bərpa-quruculuq işləri, dağıdılmış ərazilərin yenidən canlandırılması və müasir infrastrukturun sürətlə qurulması barədə yüksək qiymətləndirici fikirlər səsləndirib və bu prosesin regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə Rumıniya parlamentində AUR ("Rumınların Birləşməsi uğrunda Alyans") fraksiyasının sədr müavini Nikolae Vlahu, Rumıniya Müsəlmanlarının müftisi Murat Yusuf, Rumıniya İnformatika üzrə Araşdırmalar və İnkişaf Milli İnstitutunun (ICI) baş direktoru Adrian-Viktor Vevera və digərləri çıxış ediblər.
Sonra Azərbaycan xalqının Ümummilli Liderinin zəngin və mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub, həmçinin tədbir iştirakçılarına Rumıniya Senatının foyesində Ulu Öndərin xatirəsinə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb.
Sərgini Rumıniyada rəsmi səfərdə olan Moldova Parlamentinin sədri İqor Qrosu ziyarət edib. O, Ulu Öndər Heydər Əliyev ilə bağlı xoş sözlər söyləyib, onun Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna rolunu vurğulayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM
-
Sosial şəbəkələrdə qadağa: nələr olacaq? - Deputatlar yeni qanuna "hə" dedi
12.06.2026, 14:38 PRESS
-
Xırdalandakı DOST Mərkəzində yanğın olub? - Açıqlama
12.06.2026, 14:14 CƏMİYYƏT
-
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək
12.06.2026, 14:05 CƏMİYYƏT
-
Milli Məclis daha bir qanun qəbul etdi
12.06.2026, 13:57 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
12.06.2026, 13:52 KRİMİNAL
-
Deputat Milli Məclisdə: "İnsanların kənddən şəhərə axını davam edir, buna görə..."
12.06.2026, 13:47 CƏMİYYƏT