Rəsmi Tehran: “Əllərimiz tətikdədir, amma…”

Rəsmi Tehran: “Əllərimiz tətikdədir, amma…”  

GÜNDƏM

Bugün, 15:04

"Əllərimiz tətikdədir, müharibəyə tam hazırıq. Ancaq əsas hədəfimiz daimi  sülhə nail olmaqdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran hökumətinin sözçüsü Fatma Mohacerani Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İrana dəfələrlə hücum olunsa da, ölkələri hər dəfə külündən yenidən doğulub: “Bu dəfə də biz güclüyük, supergüclər arasındayıq və yaraları bir daha sağaldacağıq. Dünyanın ən böyük gücü ilə 40 günlük müharibə apardıq, uduzmadıq, qalib gəldik. Onları geri çəkilməyə məcbur buraxdıq. Bu gün əllərimiz tətikdədir və danışıqlar sahəsinin müəyyənləşdirilməsini gözləyirik. Əsas diqqətimiz dediyimiz kimi, etibarlı sülhdür"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR