Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib - Müzakirə + FOTOLAR
GÜNDƏM
12.05.2026, 11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də BP şirkətinin baş icraçı direktoru Meq O`Nili qəbul edib.
Mia.az xəbər verir ki, dövlət başçısı Meq O`Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-BP uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev ölkəsi ilə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.
Azərbaycanla BP arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Prezident bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırıb.
Təbriklərə görə təşəkkürünü bildirən Meq O`Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.
BP şirkətinin baş icraçı direktoru Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.
Meq O`Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.
Dövlət başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyini bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkədə vəziyyətin çətin olduğunu deyib, ərazilərinin itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki, o zaman büdcə sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəyə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda BP-yə göstərdiyi etimada görə minnətdarlığını bildirib.
Söhbət zamanı BP-nin ölkədə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olunub, şirkətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin önəminə toxunulub.
Görüşdə ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edilib, SOCAR-BP əməkdaşlığının perspektivləri müzakirə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM
-
Sosial şəbəkələrdə qadağa: nələr olacaq? - Deputatlar yeni qanuna "hə" dedi
12.06.2026, 14:38 PRESS
-
Xırdalandakı DOST Mərkəzində yanğın olub? - Açıqlama
12.06.2026, 14:14 CƏMİYYƏT
-
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək
12.06.2026, 14:05 CƏMİYYƏT
-
Milli Məclis daha bir qanun qəbul etdi
12.06.2026, 13:57 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
12.06.2026, 13:52 KRİMİNAL
-
Deputat Milli Məclisdə: "İnsanların kənddən şəhərə axını davam edir, buna görə..."
12.06.2026, 13:47 CƏMİYYƏT