“Qarabağ”a transfer qadağası qoyulub - FİFA tərəfindən + AÇIQLAMA

“Qarabağ”a transfer qadağası qoyulub - FİFA tərəfindən + AÇIQLAMA

İDMAN

Bugün, 19:33

FIFA “Qarabağ” futbol klubuna transfer qadağası qoyub.

Mia.az xəbər verir ki, qərara əsasən, komanda növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.

Qadağanın səbəbləri hələlik açıqlanmayıb.

Qeyd edək ki, FIFA “Neftçi”yə də eyni qadağanı tətbiq etmiş, lakin sonradan bu qərar ləğv olunmuşdu.

***

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, məsələ ilə bağlı Ağdam təmsilçisinə hələlik rəsmi məktub gəlməyib:

“Problemin nə olduğu bilinmir və bunun ciddi məsələ olduğunu düşünmürük”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR