"Fənərbağça"nın futbolçusu Sofyan Amrabata maraq artır

\"Fənərbağça\"nın futbolçusu Sofyan Amrabata maraq artır

İDMAN

Bugün, 00:19

 "Fənərbağça"nın Mərakeşlı yarımmüdafiəçisi Sofyan Amrabatla maraqlanan klublar çoxalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sofyan Amrabat komandadan ayrılacağı gözlənilən oyunçular arasındadır.

Klub mərakeşli futbolçunu yeni mövsüm üçün heyətə daxil etmək niyyətində deyil.

Klubun Amrabat üçün gözləntisi xalis 20 milyon avrodur. İndiyə qədər alınan bütün rəsmi təkliflərin 10 milyon avrodan aşağı olduğu məlum olub.

29 yaşlı oyunçu üçün Səudiyyə Ərəbistanından bir klub və Avropadan iki klubla danışıqlar davam edir.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR