Tramp Netanyahuya mesaj: "Türkiyə gözəl və çox güclü bir ölkədir" - "Əgər İran..."

Tramp Netanyahuya mesaj: \"Türkiyə gözəl və çox güclü bir ölkədir\" - \"Əgər İran...\"

GÜNDƏM

Bugün, 09:25

"Heç kim mənə kimə nə satmalı və ya etməməli olduğumuzu deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ-ın Türkiyəyə F-35 satışına qarşı çıxması ilə bağlı suala cavabda deyib.

Vaşinqtondan Miçiqana uçarkən  təyyarədə jurnalistlərin suallarını cavablandıran Trampın sözlərinə görə, Türkiyə çox güclü ölkədir: "Türkiyə gözəl və çox güclü bir ölkədir. Onların möhtəşəm, çox böyük və güclü bir ordusu var. Onların çoxlu əla hərbi texnikalarlı da var".

ABŞ prezidenti Tramp İranla son iki gündəki danışıqlar haqda da söz açıb: "Razılaşmaya inanırıq. Lakin əvvəl dediyim kimi, nəticəsiz, uzanan proses olarsa, hərbi əməliyyatlar bərpa olunacaq. İndilikdə danışıqlar müsbət gedir. İndi bəziləri deyir ki, guya silah-sursatımız azalıb. Əksinə, hər cür raket və sursata sahibik. Doğrudur, eçmiş prezident Co Bayden Ukraynaya həddindən artıq çox silah və sursat göndərdi. Ancaq biz ehtiyatlarımızı bərpa etdik".

E.ARAZ

mia.az 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR