QƏBUL İMTAHANI: ən zəif və yüksək nəticə göstərən bölgələr...

QƏBUL İMTAHANI: ən zəif və yüksək nəticə göstərən bölgələr...

GÜNDƏM

Bugün, 09:37

9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticəsinə əsasən, ən yüksək və aşağı göstəricilərə sahib olan bölgələr bəlli olub.

Mia.az xəbər verir ki, bu barədə məlumat DİM-in "Abituriyent" jurnalının 12-ci sayında statistik təhlil dərc olunub.

Qeyd edilib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticələr Sumqayıt, Naxçıvan və Bakı şəhərlərinin, həmçinin Şahbuz, Qusar, Mingəçevir, Qubadlı və Abşeron rayonlarının şagirdləri tərəfindən əldə olunub. Bu bölgələr üzrə orta statistik göstəricilər müvafiq olaraq 149.34, 143.08, 139.69, 139.33, 133.60, 133.43, 131.29 və 131.21 bal təşkil edib.
Ən aşağı orta nəticələr isə Ağcabədi, Daşkəsən, Sabirabad, Saatlı və Cəlilabad rayonlarında qeydə alınıb. Həmin rayonlar üzrə orta göstəricilər müvafiq olaraq 89.71, 89.30, 89.26, 88.40 və 85.43 bal olub.
11-ci siniflər üzrə buraxılış imtahanında isə ən yüksək nəticələri Naxçıvan, Sumqayıt və Bakı şəhərlərinin, eləcə də Qubadlı və Ordubad rayonlarının şagirdləri göstəriblər. Bu bölgələr üzrə orta bal göstəriciləri müvafiq olaraq 158.37, 156.58, 154.31, 149.12 və 147.05 bal təşkil edib.
Ən aşağı nəticələr Ağsu, Cəlilabad, Xocalı, Tərtər və Daşkəsən rayonlarında qeydə alınıb. Həmin rayonların orta göstəriciləri müvafiq olaraq 97.76, 96.79, 96.65, 94.72 və 87.83 bal olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR