"Beşiktaş" "bizlik deyil" deyib satdı, indisə... - "Aston Villa" 20 milyon avro verir

\"Beşiktaş\" \"bizlik deyil\" deyib satdı, indisə... - \"Aston Villa\" 20 milyon avro verir

İDMAN

Bugün, 00:22

Vaxtılə "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçının "komandama və bizə uyğun deyil", - deyərək satışa çıxarılan və daha sonra ucuz qiymətə "Trabzonspor"a keçən albaniyalı Ernest Muçiyə fantastik təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Trabzonspor"dakı möthəşəm performansı ilə bazar dəyərini yüksəldən Muçi artıq Avropanın nəhəng klublarının "radar"ına düşüb.

Xəbərdə deyilir ki, indiyə qədər "Trabzonspor"a ən yüksək məbləği isə "Aston Villa" verib: "İngilis klubu albaniyalı hücuma meylli yarımmüdafiəçinin transferi üçün Qara dəniz koamndasına 20 milyon avroluq təklif göndərib. Hazırda danışıqlar davam edir".

Xatırladaq ki, Ernest Muçi "Beşiktaş"dan "Trabzonspor"a satın alma şərtiylə icarəyə verilmişdi. O vaxtı ona  8,5 milyon avro ödəməklə rənglərinə bağlayan "Trabzonspor" indi böyük pullar qazanmağa "hamilə"dir.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR