Bu gün faşizm üzərində qələbənin ildönümüdür
GÜNDƏM
Bugün, 00:08
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində qələbənin ildönümüdür.
Mia.az xəbər verir ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib.
Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar.
Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib. Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.
Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.
2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir - müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib(report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiya ilə Ukrayna arasında 3 günlük atəşkəs elan edildi – Tramp açıqladı
Bugün, 00:20 GÜNDƏM
-
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bugün, 00:08 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Sürət qatarlarının Dərnəgül istiqaməti üzrə gediş haqqı açıqlandı
08.05.2026, 23:49 CƏMİYYƏT
-
"Kəpəz" "Sabah"ı devirdi
08.05.2026, 23:46 İDMAN
-
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı daha bir qalmaqal - Nəvəsinin anası həbs olundu (YENİLƏNİB)
08.05.2026, 22:01 SİYASƏT
-
15 yaşlı qıza mesaj göndərən futbolçu cəzalandırıldı
08.05.2026, 20:35 İDMAN
-
ABŞ ordusu İranın daha iki gəmisini vurdu - Oman körfəzində
08.05.2026, 20:24 GÜNDƏM
-
AFFA bu klublara lisenziya verdi - SİYAHI
08.05.2026, 20:16 İDMAN
-
Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri... - VİDEO
08.05.2026, 19:31 SİYASƏT
-
Afrika ölkəsində fövqəladə vəziyyət elan edildi – Terror qruplaşmasının hücmlarına görə
08.05.2026, 19:30 DÜNYA
-
Bakının məşhur şadlıq sarayında at əti çıxdı: obyekt rəsmisi inkar etdi, AQTA-dan şillə kimi cavab gəldi: "Yaxa kamerasındakı kadrlar yayılacaq" - FOTO (Yenilənib)
08.05.2026, 19:17 İQTİSADİYYAT
-
Dünyanın ən qiymətli və nadir yaqut tapıldı - 2,2 kq ağırlığında (FOTO)
08.05.2026, 19:06 İQTİSADİYYAT
-
Hörmüz Boğazında gərginlik böyüyür - ABŞ və İran arasında qarşılıqlı zərbə davam edir
08.05.2026, 18:51 DÜNYA
-
ABŞ-ın vurduğu İran gəmisi: 5 nəfər itkin düşüb, 10 nəfər yaralanıb
08.05.2026, 18:38 DÜNYA
-
İTV-nin baş direktoru vəzifəsinə 11 namizəd var - SİYAHI
08.05.2026, 18:20 PRESS
-
Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
08.05.2026, 18:03 İQTİSADİYYAT
-
Bu şəxslərə birdəfəlik maddi yardımlar ödənilib
08.05.2026, 17:38 İQTİSADİYYAT
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub? - FOTO
08.05.2026, 17:14 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
08.05.2026, 17:00 İQTİSADİYYAT
-
"Qarabağ" klubuna cəza "yağdı"
08.05.2026, 16:45 İDMAN
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - Qurultay mayın sonunda keçiriləcək
08.05.2026, 16:36 MƏDƏNİYYƏT
-
Prezident "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib
08.05.2026, 16:16 GÜNDƏM
-
Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya... - Prezident yeni qanunu təsdiqlədi
08.05.2026, 16:13 GÜNDƏM
-
Meksikada məktəblər vaxtından əvvəl bağlanacaq – DÇ-2026-nın oyunlarına görə
08.05.2026, 16:06 İDMAN
-
Aprelin 12-dəki buraxılış imtahanın cavabı elan edildi - 8 nəfər maksimum bal toplayıb
08.05.2026, 16:05 CƏMİYYƏT
-
Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi seçilib
08.05.2026, 15:40 İDMAN
-
AAYDA sədri elə nüfuzlu şəxsin qardaşını işdən çıxardı ki... - Agentlikdə gözlənilməz dəyişikliklər
08.05.2026, 15:34 GÜNDƏM
-
AK Partiyaya keçmək üzrə olan bələdiyyə sədri ilə təşkilat sədri CHP-dən xaric edildi
08.05.2026, 15:28 SİYASƏT
-
Etibar Məmmədovun villasından oğurluq edən şəxs elə ifadə verdi ki... - “Yataq otağında dollar “paçka”ları vardı”
08.05.2026, 15:11 SİYASƏT
-
İranın BƏƏ-yə atdığı raketin üzərindəki yazı: "Amerika gedəcək, biz baş-başa qalacağıq”
08.05.2026, 14:59 DÜNYA
-
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişəcək? - SİYAHI
08.05.2026, 14:50 GÜNDƏM
-
Fars körfəzində gərginlik böyüyür - İran hərbçiləri ələ keçirdiyi nəhəng neft tankerinə bayraq taxdı
08.05.2026, 14:36 GÜNDƏM
-
Dövlət torpaq sahələrinin illik icarə haqqı: necə hesablanacaq? - Nazirlər Kabineti qərar verdi + CƏDVƏL
08.05.2026, 14:32 İQTİSADİYYAT