Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: “Allahın izni ilə..."

Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: “Allahın izni ilə...\"

MƏDƏNİYYƏT

Bugün, 17:59

Xalq artisti Naibə Allahverdiyeva Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən mükafatlandırılması barədə təəssüratını bölüşüb.

Mia.az xəbər verir ki, N.Allahverdiyeva Pravda.az-a açıqlama verərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Cənab Prezidentimiz Ulu Öndərimizin siyasətini uğurla davam etdirir. Biz sənət adamlarını layiqincə qiymətləndirir. Allah Ulu Öndərimizə rəhmət eləsin, bu siyasətin başlanğıcını Heydər Əliyev qoyub. Gözəl Prezidentimiz də bu yolu davam etdirir. Çox şadam. Mənim üçün xoş xəbər oldu. Allahın izni ilə, Prezident təqaüdü də alaram. Bir gün məni bu xəbərlə də şadlandırasınız. Hər şeyə görə minnətdaram”, - Xalq artisti bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR