Partiya sədri: "Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar"

Partiya sədri: \"Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar\"

İQTİSADİYYAT

Bugün, 14:49

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mayın 6-da keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda “Card to card” dövriyyəsi inanılmaz dərəcədə böyükdür.

Gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla, müxtəlif kartlardan mədaxillərin olduğunu və müəyyən şübhələr yaratdığını qeyd edib. Bu isə sosial şəbəkələrdə müzakirələr yaradıb. Kartdan oğurlanan vəsaitlərlə bağlı məsələnin müzakirə edilməməsi şikayətlərə səbəb olub.

 Mia.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert, Real Partiyasının sdəri  Natiq Cəfərlinin sözlərinə görə, kartlardan pulların oğurlanması məsələsi də ciddi müzakirə obyektidir.

 O bildirib ki, hətta həbs olunanlar, təqib olunanlar da var: “Bununla bağlı cinayət işləri də var, müəyyən tədbirlər də görülüb. Ola bilsin, yetərli deyil, insanların gözləntiləri bu sahəyə daha çox diqqət yetirilməsi yönündədir. Bankların məsuliyyətinin artırılmasına ehtiyac var. Banklar da məsuliyyət daşımalıdırlar. “Card to card” məsələsinə gəldikdə isə məsələnin mənbəyi bəlli olmalıdır. Bəli, dövriyyə artır. Bu, nəticədir. Amma səbəb odur ki, vergi qanunvericiliyi getdikcə daha çox insanların vergidən yayınmasına sövq edir. Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar. Onlar da çalışırlar ki, bir hissəsini heç olmasa bu yolla vergidən gizlətsinlər. Demirəm, düz edirlər, yaxşı edirlər, amma səbəbi odur ki, qazanc, gəlirləri azalıb. Vergi yükü də onların gəlirlərini daha da aşağı salır. Ona görə də əsas nəticədən yox, onu doğuran səbəbləri aradan qaldırmaq üçün addımlar atılmalıdır. Vergi qanunvericiliyində kiçik və orta sahibkarlar üçün şərait daha da yaxşılaşdırılmalıdır ki, onların buna heç ehtiyacı olmasın”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR