Paşinyan: "Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik"

Paşinyan: \"Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik\"

SİYASƏT

Bugün, 14:41

"Ermənistan Ukraynadakı müharibə kontekstində özünü Rusiyanın müttəfiqi hesab etmir".

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.

"Mən Ukrayna Prezidentinin (Volodimir Zelenskinin - red.) İrəvana səfəri ilə bağlı artıq fikir bildirmişəm. Dəfələrlə demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik", - Paşinyan qeyd edib.

O, həmçinin Almatı bəyannaməsini xatırladaraq, onun İrəvan üçün prinsipial əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Almatı bəyannaməsinin bizim üçün nə qədər vacib olduğunu bilirsiniz. Biz Azərbaycanla sülh prosesini məhz onun əsasında qururuq. Bu, bizim prinsipial mövqeyimizdir", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib/report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR