Bakının məşhur şadlıq sarayında at əti çıxdı: obyekt rəsmisi inkar etdi,  AQTA-dan şillə kimi cavab gəldi: "Yaxa kamerasındakı kadrlar yayılacaq" - FOTO (Yenilənib)

Bakının məşhur şadlıq sarayında at əti çıxdı: obyekt rəsmisi inkar etdi,  AQTA-dan şillə kimi cavab gəldi: \"Yaxa kamerasındakı kadrlar yayılacaq\" - FOTO (Yenilənib)

İQTİSADİYYAT

08.05.2026, 19:17

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib.

Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb. Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

***

Maraqlı budur ki, AQTA-nın dünıən yaydığı bu məlumatı bu gün - mayın 8-də sözügedən şadlıq evinin rəsmiləri Baku TV-nin reportajında yalan çıxarmağa çalışıblar.

Şadlq evinin əməkdşaı hətta bir qədər də irəli gedərək AQTA əmkdaşlarının ora ümumiyyətlə, ayaq basmadığını iddia edib.

Mia.az xəbər verir ki, bu iddiaya AQTA-nınsözüçüsü İlkin Kərimov Feysbuk-dakı hesabında faktla cavab verib:  "Hörmətli həmkarlar, AQTA-nı guya yalan məlumat yaymaqda ittiham edən Alp Delux şadlıq evinin nümayəndəsi yoxlama zamanı şadlıq evində olub. Bir qədər sonra müfəttişin yaxa kamerası ilə qeydə alınmış at əti, nümunə götürülməsi və s. kadrlar ictimailəşdiriləcək".

E.ARAZ

mia.az

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR