“Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı

 “Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı

CƏMİYYƏT

Bugün, 15:47

Xəbər verdiyimiz kimi, Tahir Gözəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri keçməsindən sonra bir sıra ixtisarlara başlanılıb.

Ötən gün yayımladığımız xəbərdə Tahir Gözəl atası Abdulbari Gözəlin vəfatından sonra cəmi bir il bu postda olan qardaşı Əhməd Gözəlin kadrlarına etibar etmədiyini bildirmişdik.

Bu məsələ isə birbaşa qardaşlar arasında olan soyuq münasibətə işarə edir. Əgər “Azərsun Holdinq” ailə biznesi olmasaydı, haradasa yeni gələn rəhbərin atdığı bu addımları normal qəbul edə bilərdik. Ancaq Tahir Gözəl belə addım atmaqla öz qardaşına, onun qərarlarına inanmadığını göstərmiş olur.

Rəhbər vəzifədən ayrılmasında sonra Əhməd Gözəlin Azərbaycanı tərk edərək Dubaya, ailəsinin yanına getməsi də bu iddiaları daha da qüvvətləndirir.

Xitab24-ün əldə etdiyi daha bir fakt isə məsələdə son nöqtəni qoyur. Belə ki, Əhməd Gözəl mərhum atasından sonra holdinqin “sükanı arxası”na keçəndə şirkətə daxil olan “Al Market”in maliyyə direktoru, bu vəzifədə 6 il 8 ay çalışmış Qabil Əhmədovu işdən çıxarıb.

Qabil Əhmədov işdən çıxarıldıqdan sonra 8 ay “Puva Construction & Engineering”də çalışıb. Tahir Gözəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri keçəndən sonra isə qardaşının işdən çıxardığı Qabil Əhmədovu yenidən “Al Market”in maliyyə rəhbəri vəzifəsinə gətirilib.

Qeyd edək ki, ay sonuna qədər “Al Market”in 200-dək filialının bağlanılması gözlənilir. Məsələni diqqətdə saxlayacağıq.

https://mia.az/w1100549/tahir-gozel-qardasinin-kadrlarini-azersun-holdinqden-uzaqlasdirir-kutlevi-ixtisarlar-baslayib

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR