Xaricdəki yüz milyon dollarlıq əmlakı və bank hesablarına həbs qoyulan Milli Məclisin deputatı: o, niyə varidatını ölkədən çıxarıb ki?

Xaricdəki yüz milyon dollarlıq əmlakı və bank hesablarına həbs qoyulan Milli Məclisin deputatı: o, niyə varidatını ölkədən çıxarıb ki?

GÜNDƏM

Bugün, 13:13

Cavanşir Feyziyev 4 dəfə deputat təyin olunub. Məhz onun London və İsveçrədəki yüz milyon dollarlıq əmlakına və bank hesablarına həbs qoyulub. O, bir vaxtlar İlham Əliyevin dostu kimi cəmiyyətə təqdim olunurdu.

Qeyd etmək lazımdır ki, cənab Feyziyev bir vaxtlar Azərbaycan mediasına qarşı kifayət qədər sərt mövqe sərgiləmiş, mediaya münasibətdə açıq qarşıdurma xətti seçmiş fiqurlardan biri kimi də yadda qalıb. Bu da bugünkü müzakirələrə əlavə kontekst verir.
Düşünün ki, cənab prezidentə son dərəcə yaxın olan bir iş adamı öz pullarını aparıb xaricə qoyub. Özü də Cavanşir Feyziyev istisna deyil. Azərbaycanda imkanı olan hər kəs pulunu sərmayə şəklində əsasən Qərb ölkələrinə yönəldir. Niyə belədir?
Çünki Azərbaycanda sabah nə olacağı bəlli deyil. Dəfələrlə olub ki, adam milyarder kimi yuxuya gedib, səhər isə dilənçi kimi oyanıb. Bəli, Azərbaycan “möcüzələr ölkəsi”dir...
Ona görə də hətta ciddi imkanları olan adamlar nəinki öz kapitalını Azərbaycandan çıxarır, hətta Qərbdə təhsil alan övladlarının Azərbaycana dönməsini istəmirlər. Halbuki onlar öz uşaqlarını yüksək vəzifələrə də gətirə bilərlər. Amma buna getmirlər. Niyə? Çünki gələcək qeyri-müəyyəndir...
Bir faktı deyim. Ailəyə yaxın bir klan var idi. Azərbaycanda ciddi biznes şəbəkəsi qurmuşdu. İndi həmin klan ailənin gözündən düşüb. Əvvəllər bu klanın şirkətlərinə yaxın düşməyə kimsə cəsarət etməzdi. Polis, vergi, yanğınsöndürmə idarəsi — hamı uzaq dururdu.
İndi isə qarğa-quzğun kimi həmin klanın şirkətlərinin üstünə daraşıblar. Şirkətin işçiləri əvvəllər fəxrlə deyirdilər ki, bu obyekt filan müəllimindir. İndi isə bu amili gizlətməyə çalışırlar.
Azərbaycanda onlarla yox, yüzlərlə belə hadisə baş verib. Bunu görən hansı biznesmen bu ölkəyə pul qoyar?
Bu məsələ Azərbaycanın həll etməli olduğu əsas problemlərin başında gəlir. Söhbət yüz milyardlarla dollardan gedir. Azərbaycandan çıxarılmış o pullar bu xalqın puludur. Məhz elə bu səbəbdən də Azərbaycan xalqı bir həsir, bir Məmmədnəsir günündə yaşayır...
Mən çıxış yolu kimi nə təklif edirəm? Deyirəm ki, oğurluq yolla qazanılmış pullara amnistiya verilsin. Bu pullar leqallaşsın və Azərbaycan xalqının, dövlətinin maddi rifahının yüksəlməsinə xidmət etsin. Bu, ən rasional yoldur. Bir çox ölkələr bu yolla gedib və ciddi nəticələr əldə edib.
Amma təkcə bununla iş bitmir. Azərbaycanda Qərb standartları çərçivəsində normal biznes mühiti formalaşdırılmalıdır...
Mənə deyirlər ki, yox, sən bilmirsən. Azərbaycanda hər şey əladır. Gül kimi ölkə inkişaf edir. Siz də xaricdə oturub Azərbaycanın “möhtəşəm inkişafına” mız qoyursunuz...
Amma reallıq başqa şey deyir. Əgər kapital ölkədən qaçırsa, əgər varlı adam belə sabaha əmin deyilsə, əgər sistem öz adamını belə sona qərər qoruya bilmirsə-onda problem fərdlərdə deyil.
Problem sistemdədir.
Diqqət edin, azərbaycanlılar öz pullarını xaricə daşıyırlar, xaricilər də Azərbaycana kapital qoymağa risk etmirlər. Çünki o qədər xarici biznesmeni Azərbaycanda bəlli üsullarla müflis ediblər ki...
Elbəyi Həsənli
P.S.Yazı müəllifin Feysbuk-0dakı heasabında tirajlanıb!
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR