Avroviziya yarışması: etirazlar artıb

Avroviziya yarışması: etirazlar artıb

MƏDƏNİYYƏT

Bugün, 13:21

12-16 may tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək 2026 Avroviziya Mahnı Müsabiqəsindən İsrailin iştirakına qarşı etirazlar artıb.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, sənətçilərdən tutmuş ictimai yayımçılara, vətəndaş cəmiyyəti təşkilatlarından tutmuş siyasətçilərə qədər çoxsaylı qurumlar və fərdlər İsrailin Qəzzada soyqırım törətdiyini əsas gətirərək, İsrailin 2026 Avroviziya Mahnı Müsabiqəsindən uzaqlaşdırılmasını tələb etməyə başlayıblar.

İspaniyanın dövlət radio və televiziya yayımçısı RTVE-dən bildirilib ki, əgər İsrail “Avroviziya”ya qatılarsa, müsabiqə boykot olunacaq, canlı yayımlanmayacaq.

İrlandiyanın İctimai Televeziyası da oxşar bəyanat yayıb.

Sloveniyanın ictimai yayımçısı olan Radio və Televiziya Sloveniya (RTV SLO), Avroviziya tarixlərində "Fələstinin Səsləri" mövzusunda proqramlar yayımlayacağını açıqlayıb.

Portuqaliyada seçimdə iştirak edən 16 sənətçi isə finala vəsiqə qazanarsa, İsrailə görə yarışda iştirakdan imtina edəcəklərini bildirib.

Yunanıstanda əsas müxalifət partiyası SYRIZA da İsrailin iştirakı səbəbindən hökuməti müsabiqədən çıxmağa çağırıb.

Maltada 150-dən çox sənətçi və ziyalı İsrailin içştirakına qarşı birgə müraciət imzalayıb.

İtaliya dövlət televiziyası RAI-nin direktorlar şurasın da İsraillə bağlı qərarın dəyişilməsini vacib sayıb.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR