İkiüzlü olmayın, kişi olun!
YAZARLAR
Bugün, 17:57
Seymur Verdizadə
***
İyirmi-iyirmi beş il əvvəl Avropa ölkələrindən birinin səfiri Gədəbəyə gedib. Belə səfərlər diplomatların fəaliyyət planına daxil olduğu üçün burada təəccüblü, qeyri-adi heç nə yoxdur. ABŞ səfiri Riçard Morninqstarın Şəkidə pitinin içinə çörək doğrayıb qırmızı soğanla yediyini özüm görmüşəm...
Hövsələsiz olmayın, mətləbə keçirəm. Yerli icra hakimiyyətinin rəhbər şəxsləri avropalı diplomatın pişvazına çıxıblar. Onu rayonda aparılan quruculuq işləri ilə tanış edib, təkcə görülən deyil, həm də görülməyən işlərdən danışaraq səfiri xeyli təəccübləndiriblər. Sonra birlikdə dağa qalxıblar. Quzu kababının qoxusu ətrafa yayılanda səfir o boyda yolu qət edib Gədəbəyə gəlməkdə səhv etmədiyini anlayıb. Müftə yeməyə vərdiş etmiş avropalılar kababa girişiblər. Tovuzun Məşədilər kəndindən gətirilən tut arağı məclisə xüsusi ab-hava qatıb. Yaxşı yeyib-içəndən sonra məclisə aşıq təşrif buyurub. Sən demə, qazaxlı qardaşımız “hazır” gəlibmiş. Bir-iki ağız oxuyandan sonra Göyəzənin ətəyində keçən uşaqlıq illərini xatırlayaraq, ağlamağa başlayıb. Bu vaxt səfirin insanpərvərlik damarı baş qaldırıb. “Nə etmisiniz ki, bu adam ağlayır?” deyərək, səs-küy salıb, aləmi bir-birinə qatıb. Amma sərxoş olduğu üçün ona çox içəndən sonra ağlamağın Azərbaycan xalqının mental xüsusiyyətlərindən biri olduğunu heç cür başa sala bilməyiblər...
Bu həmin vaxt idi ki, qohumlarım Beyləqanda, İmişlidə, Saatlıda, Sabirabadda çadır şəhərciklərində, fin evlərdə, vaqonlarda çürüyürdü. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşən yüz minlərlə insan antisanitariya şəraitində yaşayır, yoluxucu xəstəliklərlə mübarizə aparırdı. Minlərlə tale yarımçıq qırılır, yüzlərlə insan yurd həsrəti, torpaq niskili ilə dünyadan köçürdü. Amma nədənsə kabab iyinə buradan Gədəbəyə gedən səfirin Bakının “qulağının dibindəki” Şirvanda məskunlaşan məcburi köçkünlərə baş çəkmək yadına düşmürdü...
Bu avropalılar həmişə belə qeyri-səmimi olublar. İndi də utanmadan Xocalı qatillərinə azadlıq tələb edir, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtmasını istəyirlər. Amma qədim yurd yerlərimizdən olan Qərbi Azərbaycandan qaçqın düşmüş 300 min soydaşımızın geri qayıtması yenə onların “yadına düşmür”.
Bilirəm, sözdən keçib. Yəni, sizə heç bir söz təsir etmir. Amma mənim sözdən başqa “silahım” yoxdur. Odur ki, yenə yazıram: ikiüzlü olmayın, kişi olun! Öz həmcinsləri ilə evlənən "kişi"lərdən yox, ha!
Mətbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-ın İranla təklif etdiyi anlaşma İsraili qorxutdu: “Bu, bizim üçün fəlakətdir”
Bugün, 18:50 GÜNDƏM
-
Meteor yağışı yağacaq
Bugün, 18:09 GÜNDƏM
-
Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: “Allahın izni ilə..."
Bugün, 17:59 MƏDƏNİYYƏT
-
İkiüzlü olmayın, kişi olun!
Bugün, 17:57 YAZARLAR
-
Nurlan Fətəliyev xidmət rəhbəri təyin edilib
Bugün, 17:49 CƏMİYYƏT
-
WUF13 Təşkilat Komitəsinin iclası keçirilib, yeni tapşırıqlar verilib - FOTOLAR
Bugün, 17:35 GÜNDƏM
-
Qurban Qurbanov indi də maşın alverinə girişdi - Baş məşqçi biznesini böyüdür
Bugün, 17:19 İDMAN
-
QADIN BƏLƏDİYYƏ SƏDRİ UĞRUNDA SAVAŞ: təşkilat xəbərdarlıq edir, sədr telefona cavab vermir - CHP-çı sədri AKP-yə keçəcəkmi?
Bugün, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib
Bugün, 16:47 GÜNDƏM
-
Bakıda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlandı - Açıqlama + FOTO
Bugün, 16:44 İQTİSADİYYAT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - TAM SİYAHI
Bugün, 16:37 MƏDƏNİYYƏT
-
"BakuBus" və "Bakı Taksi Xidməti "Bakı Metropoliteni"nə birləşdirildi - Prezident fərman imzaladı
Bugün, 16:24 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftə içində azaldı – 5.5 milyard dollar...
Bugün, 16:19 İQTİSADİYYAT
-
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub - İclasa gecikdiyi üçün
Bugün, 16:07 CƏMİYYƏT
-
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM + SİYAHI
Bugün, 16:05 GÜNDƏM
-
Növbəti üç gündə yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:00 GÜNDƏM
-
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib
Bugün, 15:55 GÜNDƏM
-
“Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı
Bugün, 15:47 CƏMİYYƏT
-
Mərkəzi Bank Elman Rüstəmova məxsus bankı cəzalandırdı
Bugün, 15:43 İQTİSADİYYAT
-
Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına rəsmi Bakının baxışı... - TƏHLİİL
Bugün, 15:28 GÜNDƏM
-
Gələn həftənin birinci günü iş günü olmayacaq
Bugün, 15:23 GÜNDƏM
-
Misir Mərdanov: "Emin Əmrullayevin fikirləri ilə razıyam"
Bugün, 15:20 SİYASƏT
-
Dünyaya qorxu saçan Hantavirus Avropaya sıçradı - Niderlandda ilk yoluxma halı qeydə alınıb
Bugün, 15:07 GÜNDƏM
-
“İnstaqram” bu qadını da “vurdu”: bir gecədə 15 milyon saxta izləyici silindi
Bugün, 14:53 ŞOU-BİZNES
-
Partiya sədri: "Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Paşinyan: "Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik"
Bugün, 14:41 SİYASƏT
-
Özgür Özeldən gözlənilməz jest – CHP lideri SAHA 2026-da türk silahlarını təriflədi (FOTO)
Bugün, 14:27 DÜNYA
-
Rəşad Dağlının bibisi qızı: "Xəbər yalandır"
Bugün, 14:22 ŞOU-BİZNES
-
Paşinyan Moskvada parada getməyəcək
Bugün, 14:11 GÜNDƏM
-
Çingiz Əliyev təqaüdə göndərilib
Bugün, 13:58 CƏMİYYƏT
-
Vilayət Eyvazov İmişlidə 264 nəfəri qəbul etdi, rəislərə tapşırıq verdi - Nazir sıra baxışı da keçirib (VİDEO, FOTO)
Bugün, 13:40 CƏMİYYƏT
-
Pakistan XİN: “ABŞ və İran arasında tezliklə razılaşma olacağına çox ümidliyik”
Bugün, 13:35 GÜNDƏM
-
Xaricdəki yüz milyon dollarlıq əmlakı və bank hesablarına həbs qoyulan Milli Məclisin deputatı: o, niyə varidatını ölkədən çıxarıb ki?
Bugün, 13:13 GÜNDƏM