En Nesyri Səudiyyə Ərəbistanı liqasını “çalxalayır”

En Nesyri Səudiyyə Ərəbistanı liqasını “çalxalayır”

İDMAN

Bugün, 17:09

“Fənərbaxça”dan ayrıldıqdan sonra “Əl İttihad”la anlaşan mərakeşli hücumçu Yusif En Nesyri Səudiyyə Ərəbistanı liqasını çalxalayır.

 Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, son 2 matçda vurduğu 3 qolla yenidən nəhəng klubların transfer siyahısına düşüb.

Məlumata əsasən, İngiltərə və Fransadan bir neçə klub mövsüm bitməmiş onunla transfer məsələsinə görə təmasa keçiblər: “Mərakeşli hücumçu isə artıq Avropaya dönmək istəməsə də, menecerləriylə danışıqlar davam edir”.

 Xatırladaq ki, indiyədək "Əl İttihad"da 14 oyunda forma geyinən En Nesyri 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR