Elektron xidmətlər üzrə tənzimləyici pilot layihələr... - Prezident fərman verdi, yeni qaydalar təsdiqləndi

Elektron xidmətlər üzrə tənzimləyici pilot layihələr... - Prezident fərman verdi, yeni qaydalar təsdiqləndi 

GÜNDƏM

Bugün, 16:52

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları" təsdiq edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

***

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin əhatə dairəsi müəyyənləşib.

Mia.az xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin müvafiq Fərmanla təsdiq etdiyi Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydalarında əks olunub.

Qaydalara əsasən, tənzimləyici pilot layihələrin əhatə dairəsi aşağıdakı kimi təsbit olunub:

- tənzimləyici pilot layihələrin aşağıdakı rəqəmsal texnologiyaların tətbiqi əsasında həyata keçirilməsi:

- "süni intellekt" texnologiyaları (maşın öyrənməsi, təbii dil emalı, böyük həcmli məlumatların emalı, analitik təhlili və s.);

- "bulud" texnologiyaları və yüksək səviyyəli hesablama texnologiyaları;

- sahəvi (maliyyə, aqrar, təhsil, tibbi və s.) tətbiqyönümlü rəqəmsal texnologiyalar;

- "ağıllı şəhər" texnologiyaları ("əşyaların interneti", yaşıl texnologiyalar, telesəhiyyə, nəqliyyatın intellektual idarə edilməsi və s.);

- rəqəmsal mühitdə istifadəçilərdə real mövcudluq və iştirak hissi yaradan texnologiyalar (artırılmış reallıq, virtual reallıq, metakainat və s.);

- tənzimləyici pilot layihələrin həyata keçirilməsinin bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş məqsədlərdən azı birinə nail olmağa yönəlməsi;

- tənzimləyici pilot layihələrin həyata keçirilməsi zamanı digər dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmədən mövcud hüquqi tənzimləmədən kənara çıxılması zərurəti olduğu təqdirdə (bu Qaydaların 1.8-ci bəndi nəzərə alınmaqla).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR