Əfqanıstan ilk neft hasilatına başladı - Çinin dəstəyi ilə 5 yeni quyu açıldı

Əfqanıstan ilk neft hasilatına başladı - Çinin dəstəyi ilə 5 yeni quyu açıldı

DÜNYA

Bugün, 13:09

Əfqanıstan Çinin dəstəyi ilə ölkənin şimalındakı Amudərya hövzəsində 5 yeni quyu istismara verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Zamard Say" bölgəsində yerləşən quyuların gündəlik istehsal gücü 500 kubmetrdir.

Məlumata görə, bu addımla Taliban rejimi enerji idxalından asılılığı azaltmağı, emal zavodlarının gücünü genişləndirməyi və təbii sərvətləri iqtisadiyyata cəlb etməyi hədəfləyir.

Xəbərdə o da deyilir ki, Taliban rejimi 2023-cü ildə Amudərya neft yataqlarının işlənməsi üçün Çin şirkəti ilə genişmiqyaslı müqavilə imzalasa da, sonradan qarşı tərəflə problem yaşayıb. Bu səbəbdən Çin şirkəti geri getsə də, Taliban rejimi öz gücü ilə işi davam etdirib və bugünk nəticəyə gəlinib.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR