"... QƏLBİMDƏ ŞAGİRDLƏRƏ SONSUZ MƏHƏBBƏT VAR" - FOTOLAR
GÜNDƏM
28.04.2026, 11:41
Mil- Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə N. Şirinov adına 5 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Əzizli Nərminə Elman qızı həmin məktəbdə 2019-cu ildən işləyir. İşlədiyi az zaman kəsiyində müəllim-şagird kollektivlərinin və valideynlərin dərin hörmətini qazanmaqla bərəbər, fərq yaradan xeyli təlim-tərbiyə göstəriciləri qazanmışdır.
Müəllimənin təşəbbüsü və təşkilatçılığı ilə 23 aprel tarixində keçirilən "Beynəlxalq İngilis Dili Günü" nə həsr olunmuş tədbirdə iştirak etdim.
Tədbirin gözəlliyi, ingilis dilinin beynəlxalq ünsiyyət vasitəsi və mədəniyyətlərarası bir körpü olması baxımdan şagirdlərin fəallığı- ingilis dilində mahnı oxuyub, şerlər söyləməsi, səhnəciklər göstərməsi diqqətimi çox çəkdi. Pedaqoji işin içində olan təcrübəli bir insan kimi Nərminə müəllimənin gərgin və səmərli əməyinə ayna tutub, onun təhsil səviyyəsi, peşə hazırlığı və keçdiyi həyat yolu barədə fikirlərimi bölüşmək istədim.
Siz də tanıyın, gənc və istedadlı pedaqoq, yüksək peşə hazırlığına malik Nərminə xanımı!
Özü deyir ki, hər gün axtarışda olmasam, gündəlik fəaliyyətimi təhlil edib, qəlbimdə özünüqiymətləndirmədən keçirməsəm rahatlıq tapa bilmərəm. Müəllimlik mənim üçün şərəfdir! O yolun yolçuluğunda qəlbimdə şagirdlərimə sonsuz sevgi var. Onun qarışığı və üstəgəl valideynlərimin fəaliyyətimə verdiyi dəyər ən ali mükafatımdır.
... Əzizli Nərminə Elman qızı 1993-cü ildə İmişli şəhərində anadan olub. Orta məktəbi Rüsyanın Novosibirsk şəhərində oxuyub.
2011-ci ildə Novosibirsk Dövlət Pedaqoji Universitetinin Xarici dillər fakültəsinə - "Pedaqoji təhsil: fransız və ingilis dilləri" ixtisası üzrə qəbul olunub. Universitetin ictimai həyatında fəal iştirak edib. Elm və bilik yarışlarında mükafatlı yerlər tutub, hər il elmi-praktik konfranslarda tələbə elmi işi I yeri tutaraq universitetin elmi məcmusunda dərc olunub.
Həmçinin Nərminə müəllimə Almaniya və Fransada keçirilən beynəlxalq layihələrdə fəallıq göstərib. 2015-ci ildə o, Fransanın Strasburq şəhərində təcrübə keçərkən Vətəni Azərbaycanı təmsil edib. Orada dünyanın müxtəlif ölkələrindən olan 36 iştirakçı qarşısında Qarabağ münaqişəsi haqqında çıxış edib. Təcrübə dövründə o, Avropa Şurasında olmaq imkanı qazanıb. Nərminə müəllimə həmçinin Novosibirsk şəhər merinin təqaüdçüsü olub və universiteti fərqlənmə diplomu ilə bitirib.
Universiteti bitirdikdən sonra o, Fransada rus dili üzrə assistent müsabiqəsinin qalibi olub və yeddi ay ərzində fransız məktəblilərində rus dilini tədris edib. Məktəbin müəllim heyəti ilə birlikdə Yunanıstanda keçirilən "Erasmus" proqramında iştirak edib.
2019-cu ildən etibarən isə ailə vəziyyəti ilə bağlı Nərminə müəllimə doğma İmişli şəhərinə köçüb və 5 nömrəli məktəb-liseydə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Yüksək hazırlıq və peşəkar fəaliyyəti 2024-cü ildə keçirilən sertifikasiya imtahanında bir daha öz təsdiqini tapıb: 57 bal toplayıb.
2023-2024 -çü tədris ilində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında dərs dediyi şagirdlər ingilis dili fənni üzrə rayon üzrə ən yüksək göstəricilər qazanıb. Mil- Muğan Regional Təhsil İdarəsi Nərminə müəllimənin fədakar əməyini yüksək qiymətləndirərək fəxri fərmana layiq bilib.
Nərminə Əzizli müəllimə dövlətin təhsil siyasətini, "İl çərçivəsi"nin qarşıya qoyduğu vəzifələri və məsuliyyətini yaxşı dərk edir. Daxili keyfiyyət və özünüqiymətləndirmə prinsipləri baxımından işindən zövq alır və göstəriciləri də həmişə yüksələn xətt üzrədir.
Ona uğurlar arzulayırıq!
Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES