Müsəlman düşmən, xristian dost çıxdı - Siyasətdə kimlik yox, maraqlar həlledicidir
SİYASƏT
Bugün, 08:37
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki, siyasətdə kimlik yox, maraqlar həlledicidir
Siyasətdə bəzən ən böyük səhv gözləntilərlə reallıq arasındakı fərqi düzgün qiymətləndirməmək olur. İnsanlar tez-tez kimliyə, dinə, mənsubiyyətə baxaraq nəticə çıxarır, amma hadisələr çox vaxt tamam başqa istiqamətdə inkişaf edir.
Son hadisələr bunu bir daha açıq şəkildə göstərdi.
Demokrat Zohran Mamdani-nin açıqlamaları bir çoxlarının gözləntilərini alt-üst etdi.
Bu mənzərəni daha yaxşı anlamaq üçün klassik siyasi həqiqəti xatırlamaq kifayətdir.
Charles de Gaulle deyirdi: “Nations have no friends, only interests.” (Dövlətlərin dostu olmur, yalnız maraqları olur.)
Bu yanaşma sərt görünə bilər, amma reallıq məhz budur. Eyni xətti Henry Kissinger daha açıq ifadə edirdi: “America has no permanent friends or enemies, only interests.” (Amerikanın daimi dostu və ya düşməni yoxdur, yalnız maraqları var.)
Bu kontekstdə tez-tez Winston Churchill-ə aid edilən məşhur bir fikir də xatırladılır: Böyük Britaniyanın daimi dostu və ya düşməni yoxdur, yalnız maraqları var. Ancaq bu yanaşmanın kökü əslində Lord Palmerston-a gedib çıxır. O, bunu daha dəqiq və klassik formada belə ifadə etmişdi: “We have no eternal allies, and we have no perpetual enemies. Our interests are eternal and perpetual.” (Bizim əbədi müttəfiqlərimiz yoxdur, əbədi düşmənlərimiz də yoxdur. Əbədi olan yalnız maraqlarımızdır.) Bu fikir sonradan Böyük Britaniyanın xarici siyasət fəlsəfəsinin əsas prinsiplərindən birinə çevrildi və bu gün də qlobal siyasətin işləmə mexanizmini izah edən ən dəqiq tezislərdən biri hesab olunur.
Bu sitatlar fonunda baxanda, Nyu-York meri ilə bağlı məsələ artıq emosional yox, tam məntiqi görünür.
Müsılman, xüsusən şiə kimliyə görə qurulan gözləntilər dağılır, maraqlara əsaslanan siyasət isə qalır. Və nəticə dəyişmir: Siyasətçini onun kimliyinə görə yox, onun konkret mövqeyinə görə qiymətləndirmək lazımdır.
Çünki tarix də, bu gün də eyni şeyi deyir: maraqlar hər şeydən üstündür.
Onun səsləndirdiyi fikirlər formal olaraq universal dəyərlər üzərində qurulsa da, mahiyyət etibarilə daşnak-erməni narrativinə yaxın xətt ortaya qoyur. Xüsusilə özünü “demokrat” adlandıran Azərbaycandakı bəzi çevrələr üçün bu, ciddi məyusluq oldu.
Halbuki, bir müddət əvvəl onun seçilməsi sevinclə qarşılanmışdı. Düşünülürdü ki, dini və kimlik yaxınlığı siyasi mövqedə də özünü göstərəcək. Amma siyasət belə işləmir.
Eyni siyasi düşərgədə yer alan demokrat Eric Adams daha fərqli xətt yürüdürdü. O, Nyu-York meri olanda bu mövzulara daha ehtiyatlı yanaşır, münasibətləri kəskinləşdirəcək addımlardan çəkinirdi. Türkiyə və Azərbaycanla əlaqələrdə daha praqmatik mövqe nümayiş etdirirdi. Onun komandasında yer alan azərbaycanlı əməkdaş — Rəna Abbasova — beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərir, bu münasibətlərin qurulmasında rol oynayırdı .
Bu iki fərqli yanaşma bir həqiqəti açıq göstərir: siyasətdə “yaxınlıq” çox vaxt illüziyadır.
Bu isə təkcə bu hadisəyə xas deyil. Tarix və müasir siyasət bu cür nümunələrlə doludur.
Bir vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər son dərəcə yaxın idi. Ermənistan Moskvanın regiondakı əsas dayağı sayılırdı. Bu gün isə münasibətlər açıq şəkildə gərgindir. İnam sarsılıb, tərəflər bir-birinə şübhə ilə yanaşır.
Eyni şeyi ABŞ–Azərbaycan münasibətlərində də görmək olar. Joe Biden administrasiyası dövründə münasibətlər kifayət qədər soyuq idi. Amma zaman keçdikcə geosiyasi reallıqlar dəyişdi və bu gün tərəflər arasında daha yaxın, daha praqmatik əməkdaşlıq müşahidə olunur.
Recep Tayyip Erdoğan dövründə Türkiyənin xarici siyasəti də buna klassik nümunədir. Ankara bir neçə il ərzində Səudiyyə Ərəbistanı ilə münasibətləri kəskinləşdirdi, sonra normallaşdırdı. Misirlə əlaqələr gərginləşdi, sonra dialoq başladı. İsraillə münasibətlərdə də eyni dinamika müşahidə olundu — kəskin düşüş və sonradan yaxınlaşma. Sonra yenə gərginlik...
Bu dəyişikliklər təsadüfi deyil. Bu, siyasətin təbiətidir.
Siyasətdə simpatiya və antipatiya şəxsi hisslərdən yox, milli maraqlardan doğur.
Bu kontekstdə Nyu-York meri ilə bağlı məsələ də xüsusi deyil. Bu, ümumi qaydanın bir hissəsidir.
Siyasətçini onun kimliyinə görə yox, onun konkret mövqeyinə görə qiymətləndirmək lazımdır. Əgər bir siyasətçi Azərbaycan və Türkiyəyə qarşı çıxırsa, onun hansı dinə, hansı partiyaya mənsub olmasının heç bir əhəmiyyəti yoxdur.
Milli maraqlara zidd mövqe — milli təhlükədir.
Bu baxımdan yanaşanda daha bir nümunə diqqət çəkir. ABŞ-ın vitse-prezidenti JD Vance respublikaçıdır. O, regionla bağlı açıqlamalarında erməni məsələsinə toxunaraq oxşar mövqe sərgiləmişdi. Bu, ciddi rezonans doğurdu. Amma Azərbaycan və Türkiyə diplomatik və siyasi səviyyədə koordinasiya edərək bu cür yanaşmaların təsirini neytrallaşdırmağı bacardı. Belə ki, JD Vance erməni genosidindən bəhs edən statusu silməli oldu. Yəni siyasətdə emosiyalar yox, koordinasiya və strateji mövqe nəticə verir.
Cənab JD Vance Amerikada prezidentdən sonra ikinci şəxsdir. Əgər Türkiyə və Azərbaycan ona statusunu sildirə bilirsə, Zohran Mamdani də özbaşına buraxmamalıdır...
Macarıstan nümunəsi də bunu göstərir. Viktor Orbán dövründə Budapeşt Azərbaycan və Türkiyəyə yaxın siyasət yürüdürdü. Əgər bu xətt dəyişərsə, Macarıstana münasibətin də dəyişməsi qaçılmaz olacaq.
Ermənistan da bu baxımdan maraqlı nümunədir. Daşnak düşüncəli Ermənistan açıq şəkildə türk düşmənçiliyi üzərində qurulmuşdu. Amma Nikol Pashinyan dövründə fərqli xətt müşahidə olunur — Türkiyə və Azərbaycanla anlaşma cəhdləri, Rusiya və İrandan uzaqlaşma meyli.
Bu da münasibətə təsir edir. Çünki yenə də əsas meyar dəyişmir: kim olduğun yox, necə davrandığın önəmlidir.
Unutmayaq: Siyasətdə dostluq da, düşmənçilik də daimi deyil. Daimi olan yalnız maraqlardır. Və bu maraqları düzgün qavraya bilməyənlər həmişə məyus olacaq.
Elbəyi Həsənli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev bu sahəyə 85 milyon manat ayırdı - Sərəncam
Bugün, 12:09 GÜNDƏM
-
Şagirdlərin 1-ci sinifə elektron qəbulu mayın 1-də başlayır
Bugün, 12:09 CƏMİYYƏT
-
"... QƏLBİMDƏ ŞAGİRDLƏRƏ SONSUZ MƏHƏBBƏT VAR" - FOTOLAR
Bugün, 11:41 GÜNDƏM
-
İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bugün, 11:40 GÜNDƏM
-
Ölkə ərazisinin yağıntılı və küləkli hava şəraiti davam edir
Bugün, 10:53 CƏMİYYƏT
-
İsrail-Livan arasında atəşkəs növbəti dəfə pozulub
Bugün, 10:51 DÜNYA
-
Montellaya çağırış: “O, bunu haqq edir”
Bugün, 10:15 İDMAN
-
Tedesko təzminatdan imtina etdi – 5 milyon avronu istəmədi
Bugün, 10:06 GÜNDƏM
-
Vətəndaş müraciətlərinə baxılması ilə bağlı qaydalar dəyişir - DETALLAR
Bugün, 10:02 CƏMİYYƏT
-
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: həbslər var
Bugün, 09:51 KRİMİNAL
-
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə - FOTOLAR
Bugün, 09:47 GÜNDƏM
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:40 İQTİSADİYYAT
-
Çexiyanın Baş naziri Azərbaycandan ayrıldı - FOTOLAR
Bugün, 09:38 GÜNDƏM
-
İRAN DALANA DİRƏNİR, TEHRAN TARİXİNİN ƏN AĞIR SEÇİMİ İLƏ ÜZ-ÜZƏDİR: “qara qızıl”ı doldurmağa yer, satmağa bazar yoxdur!
Bugün, 09:30 GÜNDƏM
-
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində - FOTOLAR
Bugün, 09:15 GÜNDƏM
-
“Reuters”: "Donald Tramp İranın bu təklifini qəbul etməyəcək"
Bugün, 09:05 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bugün, 09:00 GÜNDƏM
-
"Bravo"da vaxtı keçmiş məhsulları endirim adıyla satırlar" - Şikayət + FOTOLAR
Bugün, 08:48 İQTİSADİYYAT
-
Müsəlman düşmən, xristian dost çıxdı - Siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bugün, 08:37 SİYASƏT
-
Tramp komandasını toplayır – İranla bağlı bu gün qərar veriləcək
Bugün, 00:14 GÜNDƏM
-
ABŞ İranın təklifinə belə cavab verdi: "Əmin olmalıyıq" - "Düşünürəm ki, iranlılar..."
Bugün, 00:09 GÜNDƏM
-
Çinin bir şəhəri su altında qaldı – FOTOLAR
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Məzahir Pənahov, müavinlər, katiblər və üzvlər nə qədər maaş alır? - MSK-da əmək haqqları 9 min manatdan başlayır
27.04.2026, 23:36 SİYASƏT
-
“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…” - "Xalq artistləri olub ki, dalına bir təpik vurublar"
27.04.2026, 23:28 MƏDƏNİYYƏT
-
“Fənərbaxça”nın baş məşqçisi istefaya göndərildi - AÇIQLAMA
27.04.2026, 23:14 İDMAN
-
“Azercell” milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir
27.04.2026, 20:57 İQTİSADİYYAT
-
Sabah bu yollar bağlanacaq
27.04.2026, 20:47 GÜNDƏM
-
Pakistan Əfqanıstana zərbələr endirdi
27.04.2026, 20:28 DÜNYA
-
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Prezident və Baş nazirdən birgə mesajlar + FOTOLAR (YENİLƏNİB)
27.04.2026, 19:23 GÜNDƏM
-
İsmayılovun biri getdi, digəri gəldi - Nazir həbsxana rəisləri barədə əmr imzaladı
27.04.2026, 18:56 GÜNDƏM
-
Türkiyə Quru Qoşunları komandanı Bakıya gəlib
27.04.2026, 18:27 GÜNDƏM
-
Hakan Çalhanoğlu DÇ-2026-ya gedə biləcəkmi?
27.04.2026, 18:03 İDMAN
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri + CƏDVƏL
27.04.2026, 17:58 GÜNDƏM