“Azercell” milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir
İQTİSADİYYAT
27.04.2026, 20:57
Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyi prioritet kimi müəyyən edən “Azercell Telekom” MMC 2025-ci il ərzində şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhran davamlılığının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib.
Mia.az xəbər verir ki, şirkətin təşəbbüsləri milli rəqəmsal ekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfə verib.
Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən “Azercell”in ölkə üzrə coğrafi əhatə dairəsi 95,6%, əhali üzrə əhatə səviyyəsi isə 98,6% təşkil edir. Artan data trafiki və sürətlə dəyişən istifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətin əsas prioritetlərdən birinə çevirib. İl ərzində 220-dən çox mövcud baza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə 50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyası istifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) baza stansiyalarının sayı 3860-ı ötüb.
Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süni intellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsində qlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığını genişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativ süni intellekt əsaslı həllərin tətbiqinə başlayıb. Bu çərçivədə həyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil proseslərini əhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətli və dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletmə mexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isə daha məlumat əsaslı şəkildə həyata keçirilib. Layihənin “GSMA AI Use Case Library”də yer alması “Azercell”in qlobal innovasiya ekosistemində fəal iştirakını və süni intellekt əsaslı transformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığını nümayiş etdirib.
Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasını rəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasını dərinləşdirib. “Azercell” daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirib, insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Real vaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlama səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.
“Azercell”in “CyberCell” komandası “Critical Infrastructure Defence Challenge 2025” yarışında ikinci dəfə vitse-çempion adını qazanaraq kritik infrastrukturun qorunması sahəsində yüksək peşəkarlıq nümayiş etdirib. Şirkət mütəxəssislərinin “Black Hat USA 2025” və “DEFCON 33” kimi
nüfuzlu beynəlxalq platformalarda iştirakı isə “Azercell”in qlobal kibertəhlükəsizlik gündəliyində aktiv mövqeyini bir daha təsdiqləyib.
Eyni zamanda, Bakı Mühəndislik Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər sektor üzrə bilik və bacarıqların artırılmasına, yerli ekspert potensialının gücləndirilməsinə xidmət edib.
Rabitə infrastrukturunun uzunmüddətli dayanıqlılığının təmin edilməsi məqsədilə “Azercell”in təşəbbüsü ilə yaradılmış “Böhran İdarəetmə Qrupu” 2025-ci ildə fəaliyyətini genişləndirərək institusional əməkdaşlıq modelini daha da möhkəmləndirib. Bu çərçivədə ölkə ərazisində və Orta Dəhliz boyunca rabitə infrastrukturunun etibarlılığını və fasiləsizliyini təmin edən vahid koordinasiya mexanizminin formalaşdırılması istiqamətində işlər davam etdirilib. “Aztelekom” və “Azercosmos” nümayəndələrinin iştirakı ilə biznes davamlılığı, böhran kommunikasiyası, infrastrukturun operativ bərpası və informasiya təhlükəsizliyi üzrə praktiki təlimlər və ssenari əsaslı məşqlər həyata keçirilib. Bakı şəhərində və Qarabağ bölgəsində real vaxt rejimində keçirilən dayanıqlılıq testləri komandalararası koordinasiyanın effektivliyini nümayiş etdirib, milli peyk imkanlarından istifadə etməklə rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması uğurla sınaqdan keçirilib.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell” innovativ texnoloji həllər və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşması ilə Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyunu davam edir (Yenilənir)
Bugün, 22:07 İDMAN
-
Putin Mehriban Əliyevaya məktub göndərdi: "İlham Heydər oğluna və bütün ailə üzvlərinizə..."
Bugün, 21:23 GÜNDƏM
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - QƏBUL GÜNLƏRİ AÇIQLANDI
Bugün, 20:07 GÜNDƏM
-
Milli Məclisin 81 yaşlı deputatı yenidən evləndi
Bugün, 18:40 SİYASƏT
-
"Tehran administrasiyası Hörmüz Boğazı ilə bağlı şərtlərini ABŞ-a göndərib"
Bugün, 18:19 DÜNYA
-
ERMƏNİSTAN PARLAMENTİ 5 İLLİK PROQRAMI QƏBUL ETDİ - Azərbaycan və Türkiyə ilə bağlı
Bugün, 18:12 GÜNDƏM
-
Paşinyan: "Onlar ölkəyə KTMT qüvvələrini yeridilməsini istəyir, ancaq..." - "Burada heç bir xarici sülhməramlı olmayacaq"
Bugün, 18:05 SİYASƏT
-
Azərbaycanlı Qazaxıstanda saxlanıldı
Bugün, 17:49 KRİMİNAL
-
Azercell qadınları dəstəkləyən müsabiqə elan edir
Bugün, 17:44 İQTİSADİYYAT
-
Prezident Ərdoğan Baxçalı ilə görüşüb
Bugün, 17:36 SİYASƏT
-
Köçəryan və Sərkisyanın həbsi: Ermənistanda nə baş verir? - TƏHLİL
Bugün, 17:19 SİYASƏT
-
Prezident İlham Əliyevdən Formula 1 yarışı ilə bağlı sərəncam - Nələr olacaq?
Bugün, 17:13 GÜNDƏM
-
Dənizkənarı Bulvar İdarəsi barədə fərman imzalandı - Dəyişiklik
Bugün, 17:11 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev sərəncam imzaladı - Dəyişiklik
Bugün, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək
Bugün, 16:56 GÜNDƏM
-
İKİ QURUM BİRLƏŞDİRİLDİ, BİR STANSİYA İSƏ KTN-dən ALINDI - Prezident yeni fərman imzaladı
Bugün, 16:30 İQTİSADİYYAT
-
Azərbaycan və Pakistan hərbçiləri arasında görüş olub
Bugün, 15:48 GÜNDƏM
-
Türkiyədə bütöv bir kənd satışa çıxarıldı - Eynən tarixi filmdəki kimi...
Bugün, 15:39 DÜNYA
-
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
Bugün, 15:24 GÜNDƏM
-
TƏBİB-dən yola salındı, Mərkəzdə işlə təmin edildi - Sabiq departament müdiri yeni vəzifəyə təyin olundu
Bugün, 15:14 CƏMİYYƏT
-
Azərbaycan və Ermənistan rəsmiləri sərhəddə bir araya gəldi - Nələr müzakirə olunub?
Bugün, 15:07 GÜNDƏM
-
ERMƏNİSTANIN DAHA BİR KEÇMİŞ PREZİDENTİ SAXLANILDI
Bugün, 14:59 GÜNDƏM
-
"Fənərbağça" təkzib etdi
Bugün, 14:54 İDMAN
-
Monitorinq: yarasız dondurmalar məhv edilib
Bugün, 14:48 İQTİSADİYYAT
-
"Kapital Bank"la bağlı daha bir ilginc şikayət: kart niyə bloklanıb?
Bugün, 14:28 İQTİSADİYYAT
-
Xalq artisti başqa xəstəxanaya köçürülüb
Bugün, 14:20 CƏMİYYƏT
-
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb (Yenilənib)
Bugün, 14:09 KRİMİNAL
-
Avropa Məhkəməsi Ərdoğanın qəzəbinə gələn hüquq müdafiəçisi barədə qərar verdi: dərhal azad olunmalı və təzminat ödənilməlidir!
Bugün, 14:08 SİYASƏT
-
AZAL-ın fantastik qiymət oyunu və ya Dövlət Proqramına "qəsd": müqayisəli qiymətlər və ekspert rəyi...
Bugün, 13:50 İQTİSADİYYAT
-
"ABŞ-ın iqtisadi təzyiqi qarşısında geri çəkilməyəcək, lazım gələrsə..." - İrandan sərt xəbərdarlıq
Bugün, 13:49 İQTİSADİYYAT
-
Tovuzda 20 yaşlı qadın bıçaqlandı
Bugün, 13:24 KRİMİNAL
-
Xalq artisti Tofiq Bakıxanov ikinci Fəxri xiyabanda torpağa tapşırılıb (Yenilənib)
Bugün, 13:11 MƏDƏNİYYƏT
-
Banklarla bağlı yenilik: müştəri şikayətlərinə baxılması üzrə yeni qərarın icrası başlanır - NƏLƏR OLACAQ?
Bugün, 13:05 İQTİSADİYYAT