Xocalıda mina partlayıb - Bir nəfər yaralanıb

Xocalıda mina partlayıb - Bir nəfər yaralanıb

GÜNDƏM

Bugün, 14:45

Bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina partlayıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA)  birgə məlumat yayıb.

Bildirilib ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR