Rumıniya XİN Qalatsa PUA düşməsi ilə əlaqədar Rusiya səfirini çağırıb

Rumıniya XİN Qalatsa PUA düşməsi ilə əlaqədar Rusiya səfirini çağırıb

DÜNYA

Bugün, 15:38

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi Qalats şəhərində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar çağırıb.

Bu barədə Rumıniya mediası ölkənin XİN-nə istinadən məlumat yayıb.

Məlumata görə, PUA Ukraynanın mülki infrastrukturuna hücumlar zamanı istifadə edilib və Rumıniyanın hava məkanını pozub.

XİN baş verənləri beynəlxalq hüququn əsas prinsiplərini pozan və əhalini təhlükə altına atan "məsuliyyətsiz və təxribatçı akt" adlandırıb.

"Rusiya Federasiyası növbəti məsuliyyətsiz hərəkəti ilə Rumıniyanın hava məkanının suverenliyini pozub", - Nazirlikdən bildirilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyi hadisə yerində aparılan yoxlamadan sonra PUA-da partlayıcı qurğunun ola biləcəyinə dair şübhələrin yarandığını bildirib.

Qeyd edək ki,  daha əvvəl Rumıniya ərazisinə daxil olan PUA-nın qalıqlarının Qalats şəhərində elektrik dirəyinə və yaşayış evinin bir hissəsinə ziyan vurduğu bildirilmişdi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR