Yaponiya Hörmüz boğazı ətrafındakı gərginliyə görə ehtiyatlarından 20 günlük neft buraxır

Yaponiya Hörmüz boğazı ətrafındakı gərginliyə görə ehtiyatlarından 20 günlük neft buraxır

DÜNYA

Bugün, 17:25

Yaponiya hökuməti Hörmüz boğazının yenidən açılması ilə bağlı qeyri-müəyyənlik səbəbindən mayın 1-dən etibarən ehtiyatlarından 20 günlük nefti bazara çıxaracağını açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə istinadən Kyodo agentliyinin verdiyi məlumata görə, hökumət mayın 1-dən etibarən ehtiyatlarından 20 günlük nefti bazara çıxaracaq.

Bu, 3,4 milyard dollar dəyərində 5,8 milyon kilolitr neft buraxacaq.

Ölkənin bu addımının ABŞ və İran arasında atəşkəsə baxmayaraq Hörmüz boğazının yenidən açılıb-açılmayacağı ilə bağlı qeyri-müəyyənliklə bağlı olduğu bildirilir.

Mart ayında Yaponiya Yaxın Şərqdəki gərginlik səbəbindən ehtiyatlarından 50 günlük neft buraxıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR