Lautaro Martines yaşıl meydanlara qayıtmağa hazırlaşır

Lautaro Martines yaşıl meydanlara qayıtmağa hazırlaşır

İDMAN

Bugün, 00:18

İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines zədədən sonra yaşıl meydanlara qayıtmağa yaxındır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı forvard aprelin əvvəlində baldır nahiyəsindən aldığı zədəni demək olar ki, tam sağaldıb və məşqlərə başlamağa hazırdır.

28 yaşlı futbolçunun mayın 3-də "Parma"ya qarşı keçiriləcək A Seriyası matçında iştirak etməsi gözlənilir.

Xatırladaq ki, Lautaro Martines cari mövsümdə 36 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR