Latviya prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR
GÜNDƏM
Bugün, 12:36
Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 23-də Heydər Əliyev Mərkəzində olub.
Mia.az xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Prezident Edqars Rinkeviçs əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan Edqars Rinkeviçsə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelenski: Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin zərəri on milyardlarla dollardır
Bugün, 16:16 DÜNYA
-
"Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - FOTOLAR
Bugün, 16:14 MƏDƏNİYYƏT
-
Budanov: Ukraynaya Rusiya ilə qarşıdurmada yeni texnoloji sıçrayış lazımdır
Bugün, 16:11 DÜNYA
-
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTOLAR
Bugün, 16:11 İQTİSADİYYAT
-
Marko Asensio məşqlərə başlayıb
Bugün, 15:59 İDMAN
-
"Çelsi" baş məşqçi Liam Rosenyoru istefaya yollayıb
Bugün, 15:50 İDMAN
-
İsrailin Qəzzaya zərbə endirib - Ölən və yaralananlar var
Bugün, 15:44 DÜNYA
-
Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub
Bugün, 15:35 CƏMİYYƏT
-
Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq
Bugün, 15:33 SİYASƏT
-
Dövlət Xidmətində əməliyyatlar başlayıb: vəzifəli şəxslər rüşvətlə qandallandı (YENİLƏNİB)
Bugün, 15:30 GÜNDƏM
-
Arda Güler zədələnib - 1 ay meydançalardan uzaq qalacaq
Bugün, 15:25 İDMAN
-
Prezidentdən jurnalistin ölümünə sərt reaksiya: “Bu,insanlığa qarşı cinayətdir”
Bugün, 15:23 PRESS
-
BEYNƏLXALQ İNGİLİS DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR... - FOTOLAR
Bugün, 15:10 MƏDƏNİYYƏT
-
"Barselona" Markus Reşfordla bağlı qərarını verib - Oyunçu geri qaytarılacaq
Bugün, 14:59 İDMAN
-
"Fənərbağça" klubu açıqlama yayıb
Bugün, 14:48 İDMAN
-
İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq
Bugün, 14:47 DÜNYA
-
Okan Buruk: "Bu gün uduzmağın kədərini yaşayırıq"
Bugün, 14:42 İDMAN
-
"Qalatasaray" prezidenti: "TFF ilə bütün əlaqələri dayandırdıq"
Bugün, 14:30 İDMAN
-
Danimarkada qatar toqquşub: 17 nəfər xəsarət alıb
Bugün, 14:19 DÜNYA
-
Türkiyə derbisi: “Qalatasaray” – “Fənərbağça” oyununu kim idarə edəcək?
Bugün, 14:09 İDMAN
-
İranın həmləsi ABŞ donanmasını silkələdi - Admiral "vuruldu"
Bugün, 14:00 DÜNYA
-
“Mən soyadımı dəyişə bilmərəm?" - Vüqar Qurbanovun işdən çıxarılan qohumu soyadını dəyişdi
Bugün, 14:00 GÜNDƏM
-
ABŞ, daha sonra Türkiyə NATO-nu tərk edəcək? - TƏHLİL
Bugün, 13:57 GÜNDƏM
-
Nazirdən iki yeni təyinat: Fərid Məmmədzadə aparat rəhbəri, Elşad Məmmədov müşavir oldu
Bugün, 13:53 CƏMİYYƏT
-
Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Bugün, 13:49 CƏMİYYƏT
-
İran ərəb ölkələrindən BMT-yə şikayət etdi - Bəyanat
Bugün, 13:19 GÜNDƏM
-
Müğənni Rəqsanə haqda qərar verildi - Polis nəzarəti altında olacaq
Bugün, 13:09 ŞOU-BİZNES
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Qurultay iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 12:51 GÜNDƏM
-
Tanınmış rəssamı “Azərbaycanfilm”dəki otağından zorla çıxarılıb? - İddia + AÇIQLAMA
Bugün, 12:44 MƏDƏNİYYƏT
-
“Nar” Kitab Gününü Salyanda qeyd edib - FOTOLAR
Bugün, 12:44 MƏDƏNİYYƏT
-
"YENİ TƏYİNATLAR YOXDUR" - TƏBİB-dən yayılan xəbərə reaksiya
Bugün, 12:41 GÜNDƏM
-
Latviya prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR
Bugün, 12:36 GÜNDƏM
-
Hörmüz boğazında dəniz minaları… - “Tam təmizlənməsi 6 ay çəkə bilər”
Bugün, 12:29 GÜNDƏM