Böyük Britaniyada yanacaq oğurluğu artırıb

Böyük Britaniyada yanacaq oğurluğu artırıb

İQTİSADİYYAT

Bugün, 09:18

ABŞ-İsrail ittifaqı ilə İran arasındakı müharibə Avropada, o cümlədən Britaniyada yanacaq böhranını daha da dərinləşdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu isə bir çox ölkələrdə benzin və digər yanacaq məhsullarının oğurluğunu artırıb.

Məlumata əsasən, son bir ayda sürətlə artan yanacaq qiymətlərinə görə Böyük Britaniyada yanacaq oğurluğu ötən illə müqayisədə 62 faiz artıb: “İndi sürücülərin ödəniş etmədən maşını sürərək qaçması halları o qədər artıb ki…”

Xəbərdə deyilir ki, orta hesabla hər yanacaqdoldurma məntəqəsi həftə ərzində bu səbəbdən azı 2 min funt sterlinq zərərlə üzləşir.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR