"Bloomberg"dən dünyanı tədirgin salan iddia: "Rusiyanın taktiki nüvə silahlarından istifadə edəcək"

\"Bloomberg\"dən dünyanı tədirgin salan iddia: \"Rusiyanın taktiki nüvə silahlarından istifadə edəcək\"

GÜNDƏM

Bugün, 00:54

"Rusiya Ukraynaya qarşı taktiki nüvə silahlarından istifadəni nəzərdən keçirir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı iddianı ABŞ-ın məşhur "Bloomberg" nəşri yazıb.

"Bloomberg" Kremlə yaxın üç mənbəyə istinad etdiyini yazaraq, bildirib ki, Moskva Ukraynanın son aylardakı  çoxsaylı dron və raket zərbələrinin qarşısını almaq üçün nüvə silahını işə salmağı ciddi şəkildə müzakirə edir: "Rusiyanın bu planın icrasına bəhanəsi isə belədir: Rusiyaya hücumu Ukrayna deyil, NATO dövlətləri edir!

Rəsmi Moskva  bu iddia ilə həm xalqını sakitləşdirir, həm də nüvəyə əl atmaq üçün əsas yaratmağa çalışır. Bəli, Rusiya ərazisinə və oradakı strateji nöqtələrə hücumlar artıqca, prezident Vladimir Putinin son çarə olaraq Ukraynaya qarşı taktiki nüvə silahlarından istifadə etməyə üstünlük verə biləcəyini son vaxtlar tez-tez dilə gətirməyə başlayıb...".

Məlumatda deyilir ki, Rusiya müharibənin uzanacağına inandıqca, hücumları daha da sərtləşdirməyə can atacaq: "Moskva yaxın həfətlər üçünsə hələlik Kiyevə və Ukraynanın digər şəhərlərindəki infrastruktur hədəflərinə çox güclü ballistik raket hücumlarını da artıracaq...".

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR