Əli Əsədovdan xəbər var - İclas keçirib (FOTO)

Əli Əsədovdan xəbər var - İclas keçirib (FOTO)

İQTİSADİYYAT

Bugün, 17:29

Bu gün İqtisadi Şuranın Aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xatrladaq ki, ötən həftə Baş nazir Əli Əsədov haqqında "qafqazinfo" saytında senssiyalı material yayımlanıb. Onun mülklərinin siyahısı ilə yanaşı, iclaslardakı məxvi məlmatları "seviimli jurnalistləri" vasitəsiylə ətrafa sızdırması da iddia olunurdu.

https://mia.az/w1099543/eli-esedovun-muklerinin-siyahisi-yayildi-neler-yoxmus-ki-video-fotolar

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR