ƏLİ ƏSƏDOVUN MÜKLƏRİNİN SİYAHISI YAYILDI - Nələr yoxmuş ki? (VİDEO, FOTOLAR)
GÜNDƏM
17.04.2026, 16:59
Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək korrupsiyaya qurşanmamalıdır, insanları incitməməlidir, ona verilən səlahiyyətləri öz şəxsi maraqları üçün istifadə etməməli, sui-istifadəyə yol verməməlidir. Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır.
Yaxın keçmişimizdə dövlət idarəçiliyi sistemində özünü qabarıq şəkildə büruzə verən belə hallar çox ciddi ictimai qınağa səbəb olub. Bu gün onlarla məmur adı çəkmək olar ki, vəzifədə olduqları dövrdə özləri üçün əsl biznes imperiyası yaradıblar. Bir neçə il öncə həbs olunmuş icra hakimiyyəti başçıları da daxil olmaqla bəzi məmurların var-dövləti göz qamaşdırırdı: şirkətlər, daşınmaz əmlak, bank hesabları və s. 2019-2020-ci illərdən başlanan islahatlar, o cümlədən kadr islahatları problemin miqyasının əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxartsa da, təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxartmayan məmurlar hələ də qalmaqdadır. Söhbət “JEK müdiri”, yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir, bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri – Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən “Manqal” restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.
.jpg)
Elə “Manqal” restoranının yanındakı “Beer Hall” da “Manqal”dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.
.jpg)
.jpg)
.jpg)
Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazirin əməkhaqqısı, təbii ki, yetməz.
Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:
1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası;
2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası;
3. Yasamal rayonunda sifarişçisi “Alyans Devolopment” MTK olan yaşayış binası;
4. Səbail rayonunda sifarişçisi “Rahat Həyat” MTK olan yaşayış binası;
5. Sabunçu rayonunda sifarişçisi “Çay Çəkici” ASC olan yaşayış kompleksi;
6. Qaradağ rayonunda Renta-servis;
7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.
Bəzi hallarda belə tikintilər ən çox sadə vətəndaşlara ziyan vurur. Hansısa məmura məxsus tikinti həyata keçirmək üçün insanların incidildiyi, evlərinin, obyektlərinin söküldüyü halları vardır. Belə faktlardan biri Nərimanov rayonunda Əli Əsədova məxsus obyektin tikintisi zamanı vətəndaşa göstərilən təzyiqi əks etdirir. Həmin videoda vətəndaş ölkə başçısına, Birinci vitse-prezidentə müdaxiləyə və haqsızlığa son qoyduqlarına görə öz təşəkkürünü bildirir.
Təəssüf ki, bu fikri Əli Əsədov haqqında demək olmur. Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun “sadiq silahdaşı” Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur.
Əli Əsədovun bir hissəsi Bayılda ayaq tutan biznes və tikinti imperiyası haqqında danışarkən, vaxtilə Bulvarla bağlı baş vermiş olayı da xatırlatmaq yerinə düşərdi. Təfərrüat bəlli olduğuna görə məsələnin mahiyyətinə varmağa ehtiyac qalmır. Ancaq çox maraqlıdır ki, bu olaydan sonra Əli müəllimə yenidən etimad göstərilsə də, onun bundan tam nəticə çıxardığını söyləmək çətindir. Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz.
Bu yazı Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamamı araşdırıldıqdan sonra daha geniş material veriləcək.
Ardı var...
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın ABŞ-dan əsas tələbləri: “Bu, haqlı şərtlərimizdir”
Bugün, 00:26 GÜNDƏM
-
Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?
Bugün, 00:14 İDMAN
-
DÇ-2026: İsveç yığmasının heyəti açıqlandı
Bugün, 00:10 İDMAN
-
Müğənni Rəqsanə plastik əməliyyatdan sonra... - FOTO
Bugün, 00:07 ŞOU-BİZNES
-
Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Trampdan İrana xəbərdarlıq: "Biz oyun oynamırıq"
12.05.2026, 22:25 GÜNDƏM
-
Pentaqon İranla müharibənin ABŞ-a neçə başa gəldiyini açıqladı – Yekun məbləğ
12.05.2026, 22:02 DÜNYA
-
Tiktoker "Eliş"ə hökm oxundu
12.05.2026, 22:02 KRİMİNAL
-
Bu gün “Avroviziya”nın yarımfinalı keçiriləcək
12.05.2026, 20:30 ŞOU-BİZNES
-
Gürcüstandan ölkəmizə gətirilən heyvanlar geri qaytarıldı - Xəstəlik var?
12.05.2026, 20:20 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefonda danışdı - Nələr müzakirə edilib?
12.05.2026, 19:14 GÜNDƏM
-
“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı
12.05.2026, 19:09 İDMAN
-
CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyaya qatıldı
12.05.2026, 18:45 SİYASƏT
-
Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxış + FOTOLAR
12.05.2026, 18:27 SİYASƏT
-
3 nazir istefa verdi, 89 deputat çağırış elədi – Baş nazir “getməyəcəyəm” deyir
12.05.2026, 18:16 SİYASƏT
-
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.05.2026, 18:05 SİYASƏT
-
Ərdoğan Qazaxıstana gedir
12.05.2026, 17:54 GÜNDƏM
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
12.05.2026, 17:41 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
12.05.2026, 17:34 SİYASƏT
-
Departament rəhbərinin yeznəsiylə icra başçısının tender sövdələşməsi...
12.05.2026, 17:28 İQTİSADİYYAT
-
Əli Əsədov yeni qərar imzalayıb
12.05.2026, 17:20 İQTİSADİYYAT
-
Taylandda yarasalarda yeni Koronavirus növü aşkarlandı
12.05.2026, 17:13 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.05.2026, 17:00 İQTİSADİYYAT
-
Cəbrayılda siqaret istehsal ediləcək
12.05.2026, 16:49 İQTİSADİYYAT
-
Polkovnik Rasim İldırım icra başçısı olmaq istəyən zərərçəkənə daha 150 min geri vermək istəyir - Məhkəmə qalmaqalı
12.05.2026, 16:32 KRİMİNAL
-
Qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
12.05.2026, 16:16 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
12.05.2026, 16:03 CƏMİYYƏT
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə səlahiyyət verildi
12.05.2026, 15:56 İQTİSADİYYAT
-
"Real Madrid": “Arda Gülər satılmayacaq”
12.05.2026, 15:40 İDMAN
-
Mehdi Cavadov müşavir vəzifəsindən azad olunub
12.05.2026, 15:36 CƏMİYYƏT
-
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12.05.2026, 15:26 GÜNDƏM
-
Nazirlik: "Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur"
12.05.2026, 15:19 CƏMİYYƏT
-
Azərbaycan hərbçiləri "EFES - 2026" çoxmillətli təliminə qatılıb - VİDEO
12.05.2026, 15:14 GÜNDƏM