Livan hökuməti Trampı təkzib etdi

Livan hökuməti Trampı təkzib etdi

DÜNYA

Bugün, 10:23

ABŞ prezidenti Donald Trampın İsrail və Livan liderləri arasında 35 il sonra birbaşa görüşün keçiriləcəyi barədə açıqlaması təsdiqlənmir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Beyrutdan xəbər verən “Əl-Cəzirə” kanalının müxbiri Zeyna Xodr canlı yayımda bildirib.

Onun sözərinə görə, Livan rəsmiləri bu açıqamanı onunla söhbətdə təsdiqləməyiblər: “Livan hökumət rəsmiləri ilə söhbətdə iki ölkə liderləri arasında mümkün telefon danışığı və ya Vaşinqtonda səfirlər səviyyəsində ikinci görüş barədə heç bir məlumatın olmadığıdeyilir. Onlar bunu Trampın Livan və İsrailə "nəfəs almaq üçün fürsət" imkanı kimi izah edir və blef sayırlar”.

Xəbərdə o da deyilir ki, ABŞ administrasiyası iki ölkəni barışdırmaqla əslində, “Hizbullah”ın Livandakı təsirini yox etmək və eyni zamanda, bununla İranın Beyrut üzərindəkinüfuzunu zəiflətmək istəyir.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR