35 ildən sonra bir ilk – İsrail və Livan liderləri görüşəcək

35 ildən sonra bir ilk – İsrail və Livan liderləri görüşəcək

DÜNYA

Bugün, 09:14

İsrail və Livan 35 ildən sonra bir ilkə imza atacaqlar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, bu gün İsrail və Livan liderləri bir araya gələrək, aralarındakı problem birbaşa danışıqlar vasitəsiylə həll etməyə çalışacaqlar: “Bu, təxminən 35 il sonra iki ölkə lideri arasında gerçələşəcək yeni təmas olacaq. Bu görüşə ümidliyik”.

Xatırladaq ki, İsrail və Livan liderləri bundan əvvəl 1991-ci ildə Madriddə görüşüb və bu görüşdən sonra tərəflər arasında heyətlərin iştirakıyla danışıqlar 1993-cü ilə qədər davam edib. Lakin sülh müqaviləsi imzalanmayıb.

Firudin Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR