ABŞ-da azərbaycanlı həbs olunub

ABŞ-da azərbaycanlı həbs olunub

CƏMİYYƏT

15.04.2026, 23:52

ABŞ-da azərbaycanlı həbs olunub.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Belə ki, xaricdə yaşayan həmyerlilərimizin qruplarından birində ABŞ-da yaşayan Xalid Qarayevin aylardır itkin düşməsi barədə məlumat paylaşılıb. Ailəsi oğulları ilə yanvar ayından bəri əlaqə saxlaya bilmədiklərini və Xalidin son dəfə Kaliforniya ştatında görüldüyünü bildirib. Paylaşımın rəy bölümündə isə Xalidin Kaliforniyada kiməsə xəsarət yetirmə ittihamı ilə həbs olunduğu yazılıb. Həmçinin onun aprelin 25-i həbsdən azad ediləcəyi də rəydə bildirilib (lent.az)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR