“Bavariya”nın qolkiperi: “Arda Gülər istedadlı futbolçudur” 

“Bavariya”nın qolkiperi: “Arda Gülər istedadlı futbolçudur” 

İDMAN

Bugün, 12:21

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 1/4 finalında “Bavariya” dogma meydanında “Real Madrid”i 4-3 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Həmin matçda “Real”ın iki qoluna imza atan türkiyəli Arda Güler oyunu ilə “Bavariya”nın dünyaca məşhur qolkiperi Manuel Noyerin də tərifini qazanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra Arda Gülər haqqında danışan Manuel Noyer türkiyəli futbolçunun üstün istedada sahib olduğunu deyib:
“Təbii ki, onun vurdğu ilk qolda səhvi mən etdim. Topu Staniyə göndərmək istəyirdim, amma alınmadı. Arda Gülər topu çox cəld ələ keçirib, qolu vurdu. O, istedadlı oyunçudur. Bunu cərimə zərbəsində də gördük. Zərbələri həqiqətən güclüdür. Bütün bunlar ona özəl oyunçu status qazandıran məqamlardır”.
Fərid
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR