ABŞ Senatından Trampa dəstək – Layihə yenə rədd edildi

ABŞ Senatından Trampa dəstək – Layihə yenə rədd edildi

DÜNYA

Bugün, 00:18

ABŞ Senatı Prezident Donald Trampın İrana hücumlarına dsətəyini növbəti dəfə ifadə edib. Belə ki, Senat savaş planını Konqresin təsdiqindən sonra icrasını nəzərdə tutan layihəyə növbəti dəfə “yox” deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da fevralın 28-dən bəri Senat 4-cü dəfə iclasın gündəliyinə salınmış qanun layihəsini qəbul etməyib.

Məlumata görə, səsvermədə 47 senator "hə" desə də, 52 senator "yox" səs verib.

Maraqlıdır ki, müharibə əleyhinə mövqeyi ilə seçilən respublikaçı senator Rand Paul bu dəfə “Demokratlar”a qoşularaq qanun layihəsini dəstəkləyib. Demokrat senator Con Fetterman isə bir daha layihənin əleyhinə səs verib. Respublikaçı digər senator Cim Castisisə neytral qalıb.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR