Ərdoğan Kanadanın Baş naziri ilə telefonda müzakirə aparıb

Ərdoğan Kanadanın Baş naziri ilə telefonda müzakirə aparıb

DÜNYA

Bugün, 21:49

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə telefonla danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verdiklərini və bir çox sahədə, xüsusən də enerji, müdafiə sənayesi və hava nəqliyyatı sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib: “Türkiyənin bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün səyləri davam edir. Sevindiricidir ki, bir çox məsələdə müttəfiq Kanadanın fikirləri ilə mövqeyimiz üst-üstə düşüe”

Ərdoğan Baş nazir Mark Karnini Türkiyədə keçiriləcək NATO-nun Ankara Zirvəsinə və COP31 Zirvəsinə dəvət edib.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR