İsrail Livana yenə zərbə endirib – Beş nəfər həlak olub

İsrail Livana yenə zərbə endirib – Beş nəfər həlak olub

DÜNYA

Bugün, 10:17

İsrail ordusu Vaşinqtonda başlayan danışıqlara rəğmən, Livana ağır zərbələri davam edirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA son məlumatı yayıb.

Agentliyin məlumatına əsasən, Sidon yaxınlığındakı Ənsariyə şəhərinə endirilən zərbələr nəticəsində beş nəfərin həlak olub, 20-yə yaxın yaralanan var.

Məlumatda o da deyilir ki, İsrail ordusu Tir yaxınlığındakı əl-Kleyle və digər qəsəbələri də bombalayıb. Buradakı itkilər isə hələlik dəqiqiləşməyib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee isə bildirib ki, 91-ci Diviziyanın tabeliyindəki hərbi birləşmələr Livanın cənubunda ön müdafiə xəttini gücləndirmək üçün quru hücumlarını davam etdirir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR