"Space TV”-də böhran: rəhbər getdi, indisə... - 3 milyonluq borc və...
PRESS
16.04.2026, 11:21
Azərbaycan media məkanında uzun illər fəaliyyət göstərən “Space TV” bu gün ciddi maliyyə və idarəetmə böhranı ilə gündəmdədir.
Kanal rəhbərliyində baş verən dəyişikliklər və keçmiş rəhbər Vado Korovinin müəmmalı gedişi ətrafında yaranan suallar ictimai müzakirələri daha da gücləndirib. “Space TV” ətrafında baş verənlər artıq adi idarəetmə problemi deyil - bu, Azərbaycan media məkanında məsuliyyətsiz rəhbərliyin hansı nəticələrə gətirib çıxardığının açıq nümunəsidir.
Mia.az Reyting.az-a istinadla xəbər verir ki, mətbuatda və media dairələrində səslənən iddialara görə, kanalın 3 milyona yaxın borc yükü formalaşıb.
Xüsusilə vergi öhdəlikləri, sosial müdafiə fonduna və digər dövlət qurumlarına ödənişlərlə bağlı problemlərin olduğu qeyd edilir. Əgər bu məlumatlar təsdiqini tapsa, haqlı olaraq bir sual yaranır: kanalın reklam və kommersiya gəlirləri hansı istiqamətdə istifadə olunub?
Bir televiziya kanalının illərlə reklam gəliri əldə etməsinə baxmayaraq bu vəziyyətə düşməsi ya total səriştəsizlikdən, ya da çox ciddi idarəetmə pozuntularından xəbər verir. Hər iki halda məsuliyyət daşıyan şəxslər cavab verməlidir.
Maliyyə intizamının bu dərəcədə pozulması təkcə idarəetmə zəifliyi deyil, eyni zamanda ciddi məsuliyyət doğuran məsələ kimi qiymətləndirilə bilər. Cəmiyyətin gözləntisi ondan ibarətdir ki, aidiyyəti qurumlar bu məsələləri tam şəffaf şəkildə araşdırsın və əgər qanun pozuntuları aşkarlanarsa, hüquqi qiymət verilsin.
Vado Korovinin rəhbərliyi dövrü bu gün media cameəsində ən uğursuz idarəçilik nümunələrindən biri kimi müzakirə olunur. Strateji media qurumunun peşəkar televiziya idarəçiliyi təcrübəsi olmayan şəxsin ixtiyarına verilməsi əvvəldən yanlış qərar idi və nəticəsi də göz qabağındadır.
Digər tərəfdən, hazırkı vəziyyət “Space TV”-yə rəhbərlik etmək istəyən potensial yeni komanda üçün də ağır miras yaradır. Çünki kanala gələcək hər bir yeni rəhbərlik ilk növbədə mövcud borc yükü, dağılmış maliyyə strukturu və itirilmiş reputasiya ilə üzləşməli olacaq.
Bir çox media ekspertlərinin fikrincə, peşəkar televiziya idarəçiliyi təcrübəsi olmayan şəxslərin strateji media qurumlarına rəhbər təyin olunması belə böhranların əsas səbəblərindən biridir. Media sektoru şəxsi münasibətlər və təsadüfi seçimlərlə deyil, peşəkarlıq, strateji idarəetmə və şəffaflıq prinsipləri ilə idarə olunmalıdır.
“Space TV” ətrafında baş verənlər təkcə bir kanalın problemi deyil - bu, ümumilikdə media idarəçiliyi sahəsində hesabatlılıq və peşəkarlıq məsələsini yenidən gündəmə gətirir. Media idarəçiliyi şəxsi münasibətlərin, təsadüfi təyinatların və qeyri-peşəkar yanaşmanın sınaq meydanı deyil.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məryəm Nəvaz Şəriflə görüşüb - FOTOLAR(Yenilənib)
Bugün, 11:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Krallı qəbul etdi - FOTO
Bugün, 11:16 GÜNDƏM
-
Naxçıvana uçuş təxirə salındı: uşaqlı ailələr ac-susuz qalıb - Sərnişin əvəzinə karqo daşınır? + AÇIQLAMA (YENİLƏNİB)
Bugün, 10:43 GÜNDƏM
-
İlham Əliyev Keniya Prezidenti ilə görüşüb
Bugün, 10:31 GÜNDƏM
-
WUF13 çərçivəsində nazirlərin dəyirmi masası başlayıb
Bugün, 10:09 GÜNDƏM
-
WUF13-lə bağlı mükafat yaradılıb
Bugün, 09:23 CƏMİYYƏT
-
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Bugün, 09:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
"WUF13Azerbaijan": "Bakı hazırdır!"
16.05.2026, 23:04 GÜNDƏM
-
Səlim Müslümovun 700 minlik evi: 231 min manat endirim oldu, yenə alan yoxdur!
16.05.2026, 21:47 GÜNDƏM
-
SÖZÜM SİZƏDİR: NARAZI VƏ "ƏLİ PAYALI" VALİDEYNLƏR...
16.05.2026, 21:40 YAZARLAR
-
DSX rəisi Britaniya kralı ilə bir arada - FOTOLAR
16.05.2026, 17:27 GÜNDƏM
-
Hacıbaba Əzimov dünyasını dəyişib
16.05.2026, 16:38 GÜNDƏM
-
Partiya sədri: "Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini kəskin tənqid edib" - "Düz deyir, kasıb-kusub yaşayan yerlər nə vaxtdan şəhər olub?"
16.05.2026, 16:27 GÜNDƏM
-
Milyarder, deputat və sədr... - “Yelo Bank”a tətbiq edilən sanksiyalar “Lukoil”un "zapravka"larına da təsir etdi
16.05.2026, 16:19 İQTİSADİYYAT
-
Yağışlı hava nə vaxtadək davam edəcək? - Açıqlama
16.05.2026, 15:54 GÜNDƏM
-
TÜRK ÖLKƏLƏRİNİN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ: "Əgər ABŞ–Çin rəqabəti daha da dərinləşəsə..." - TƏHLİL
16.05.2026, 15:02 SİYASƏT
-
Yağış və dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
16.05.2026, 13:21 CƏMİYYƏT
-
Xocalının bu kəndlərinə növbəti köç oldu
16.05.2026, 13:16 GÜNDƏM
-
Prezident BMT rəsmisini qəbul etdi, Niyyət Məktubu imzalandı - FOTOLAR
16.05.2026, 13:01 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
16.05.2026, 12:40 GÜNDƏM
-
FHN-də yeni Qərargah və işçi qruplar yaradıldı
16.05.2026, 12:31 GÜNDƏM
-
Nərimanovun sabiq icra başçısı vəfat edib
16.05.2026, 12:01 CƏMİYYƏT
-
Vüsal müəllimin şübhəli fikri... - Osman Gündüz yazır
16.05.2026, 11:59 YAZARLAR
-
"Facebook”da önəmli motivasiya qərarı… - Məhəmmədəli Qəribli yazır
16.05.2026, 11:47 YAZARLAR
-
İcra Hakimiyyətinin tenderlərinə "stop" qoyulub
16.05.2026, 10:57 İQTİSADİYYAT
-
Direktor baş həkim təyin olundu
16.05.2026, 10:06 CƏMİYYƏT
-
Tramp: "Amerika ordusu Əbu Bilal əl-Minuki məhv edib"
16.05.2026, 09:30 DÜNYA
-
Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
16.05.2026, 09:08 İQTİSADİYYAT
-
İsrail və Livan arasında atəşkəs uzadıldı - 45 gün
16.05.2026, 01:46 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16.05.2026, 00:05 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Qazaxıstandan vətənə döndü - FOTO
15.05.2026, 23:44 GÜNDƏM
-
Teleaparıcının görüntüləri gündəm oldu – FOTOLAR
15.05.2026, 22:40 ŞOU-BİZNES
-
Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputatdan rəisə etiraz
15.05.2026, 22:27 SİYASƏT