BMT: “Beynəlxalq hüquq dünyada tapdalanır”

BMT: “Beynəlxalq hüquq dünyada tapdalanır”

GÜNDƏM

Bugün, 00:11

“Beynəlxalq hüquq dünyada tapdalanır”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında deyib.

O, xüsusən Yaxın Şərqdə hüququn yox olduğunu bildirən Baş katib bildirib ki, güc tətbiqi ilə bağlı mövcud qanuni qaydalar, humanitar öhdəliklər qulaqardına vurulub: “İndisə beynəlxalq hüquqa sürətli geridönüşün zamanıdır. Beynəlxalq hüquq olmadan dünyada qeyri-sabitlik ocaqları yayılır, daha da dərinləşir və münaqişələr nəzarətdən çıxır. Xüsusən Yaxın Şərqdəki münaqişələr dözülməz həddə yetişib”.

Baş katibin sözlərinə görə, ABŞ/İsrail-İran münaqişəsi artıq həllini tapmalıdır: “Bütün tərəflər beynəlxalq hüquqa əməl etməlidir. İndi təmkin və məsuliyyət vaxtıdır. Gərginləşmə əvəzinə, diplomatiya yolu seçilməlidir”.

ABŞ və İran arasında Pakistanda davam edən danışıqlara toxunan Quterres deyib: "Deməliyəm ki, bu danışıqların davam etməsi çox vacibdir. Əlbəttə, ilk görüşdə belə mürəkkəb, uzun müddət davam edən problemin həll olunacağını gözləmək real olmazdı".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR